Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:04
Donald Tramp ABŞ prezident seçkilərinin ilkin nəticələrindən sonra Melaniya Trampın müşayiəti ilə rəqs edir.
Donald Tramp ABŞ prezident seçkilərinin ilkin nəticələrindən sonra Melaniya Trampın müşayiəti ilə rəqs edir.

Harris Trampı təbrik etdi

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Donald Tramp qalib gəlib.

Budəfəki seçkidə seçici fəallığının rekord vuracağı, 2020-ci ildəki 66.8 faizi keçəcəyi gözlənilir.

Kollegiyada 19 səslə təmsil olunan İllinoys ştatında Harris qalib gəlib. Bu ştatın ən böyük şəhəri Çikaqoda azı 50 min etnik ukraynalı yaşayır, onlardan 30 mini Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan sonra gəlib.

Özünü ukraynalı amerikalı kimi təqdim edən bir qadın seçici AzadlıqRadiosuna deyib: "İnanıram ki, Birləşmiş Ştatlar Ukraynaya dəstəyi davam etdirməyə borcludur, onların imzaladığı memorandum da bunu nəzərdə tutur".

"The Associated Press" yazır ki, səsvermə günü bəzi seçki məntəqələrində texniki problemlər yaşanıb. Məsələn, Arizona ştatının Apaçi dairəsində ondan çox seçki məntəqəsindəki printerdə texniki nasazlıq seçicilərin uzun müddət gözləməsinə səbəb olub.

Bomba hədələrindən sonra Corciya ştatındakı beş seçki məntəqələrində səsvermənin vaxtı uzadılıb. Bu həmin məntəqələrdir ki, əsassız bomba təhdidlərinə görə onlarda səsverməyə qısamüddətli fasilə verilmişdi.

Vaşinqtonda polis məşəl və siqnal tapançası ilə ABŞ Konqresi binasına girməyə çalışan və yanacaq iyi verən şəxsi həbs edib. ABŞ Kapitol polisi bildirib ki, adam Kapitol Ziyarətçilər Mərkəzində təhlükəsizlik yoxlaması zamanı saxlanılıb. Rəsmilər günün qalan hissəsi üçün Kapitola ictimai turları ləğv ediblər.

Seçki məntəqələrində bomba təhlükəsi mesajı - Rusiya qaynaqlı olduğu görünür

ABŞ-da bəzi seçki məntəqələri bomba təhlükəsi mesajı alıb.

Seçki məntəqələrində bomba təhlükəsi mesajı - Rusiya qaynaqlı olduğu görünür
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

ABŞ-da gərgin və tarixi prezident seçkisi başlanır

Noyabrın 5-də amerikalılar tarixi prezident seçkisinə gedirlər. Ölkə üzrə seçicilər siyasi baxımdan bölünüb və səsvermənin nəticəsini yeddi həlledici ştatın müəyyən edəcəyi gözlənilir. Seçkidə mübarizə iki namizəd – keçmiş prezident, respublikaçı Donald Tramp və vitse-prezident, Demokratlar partiyasından Kamala Harris arasında gedir.

Amerikalılar prezident seçirlər
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Davamı

XS
SM
MD
LG