Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

ABŞ Şimali Koreyanın Moskvaya raket verməsinə görə Rusiyaya sanksiyalar qoyub


ABŞ dövlət katibi Antoni Blinken
ABŞ dövlət katibi Antoni Blinken

ABŞ Dövlət Departamenti bəyan edib ki, Rusiyanın üç şirkətinə və bir vətəndaşına sanksiyalar qoyulur.

Vaşinqton bu şirkətləri və həmin şəxsi Şimali Koreya raketlərinin Ukrayna müharibəsində istifadə olunmaq üçün Rusiyaya çatdırılması ilə əlaqəli olmaqda ittiham edir.

Sanksiyalar barədə bəyanatı dövlət katibi Antoni Blinken elan edib.

Dövlət Departamenti başçısının bəyanatında deyilir ki, KXDR istehsalı ballistik raketlərin Rusiyaya verilməsi Moskvanın Ukraynaya qarşı hərbi təcavüzünə kömək edib, Ukrayna xalqının iztirablarını artırıb və silahların yayılmamasına dair qlobal rejimi sarsıdıb.

Yanvarın 4-də ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi demişdi ki, Rusiya Şimali Koreyadan müəyyən sayda ballistik raketlər və onların atışı üçün qurğular alıb.

Bu da qeyd olunur ki, Rusiya dekabrın 30-da Ukraynanın bombardmanı zamanı bu raketlərin azı birindən istifadə edib.

BMT embarqosunun pozulması

Yanvarın 10-da BMT Təhlükəsizlik Şurasına üzv 10 ölkə Rusiyanın Şimali Koreyadan raketlər almasını və onlardan Ukraynaya zərbələr üçün istifadə etməsini pisləyən bəyanat vermişdi.

Onlar Moskvanı BMT-nin Pxenyanla hərbi-texniki əməkdaşlığı qadağan edən embarqosunu pozmaqda ittiham ediblər.

ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud Rusiyanın davranışını “ürəkbulandıran” və BMT-nin qənamələrini, habelə silahların yayılmamasına dair beynəlxalq rejimi pozan hərəkət adlandırıb.

Cənubi Koreyanın BMT-dəki nümayəndəsi deyib ki, Ukraynaya raket zərbələrinin nəticələri barədə informasiya Pxenyana nüvə başlığı daşıyan raketləri daha da təkmilləşdirmək imkanı verir.

Cənubi Koreya ekspertlərinin təxminlərinə görə Rusiya Ukraynada Şimali Koreyanın KN-23 raketlərindən istifadə edir.

Pxenyan bu raketlərin nüvə başlığı daşıya bildiyini bəyan etmişdi.

“Sovet raketlərinin surəti”

Bu da qeyd olunur ki, Şimali Koreyanın cəbbəxanasında sovetdənqalma R-17 raketlərinin surəti olan raketlər var.

Bu raketlərin son modifikasiyası Huason-6 adlanır. Raketlərin vuruş məsafəsi 500-1300 kilometrdir.

Rusiya Şimali Koreyadan raketlər aldığını inkar edir.

ABŞ-ın sanksiyaladığı vahidlərə gəlincə isə bunlar Həştərxan vilayətindəki Vladimirovka və Aşuluk raket poliqonları, “224-cü üçüş dəstəsi” dövlət aviasiya şirkəti və onun baş direktoru Vladimir Mixeyçikdir.

Bundan başçqa ABŞ-ın sanksiya siyahısına bu raketlərin və onlarla bağlı yüklərin daşınmasında iştirak etmiş 4 təyyarə salınıb.

Ekspertlər nə deyirlər

Xəbər verilir ki, bu silahların Rusiyaya verilməsinə dair danışıqlar 2023-cü ildə Rusiya müdafiə naziri Sergey Şoyqunun KXDR-ə səfəri zamanı aparılıb.

Lakin Pxenyanın Moskvaya neçə raket verdiyi məlum deyil.

ABŞ Müharibə Tədqiqatları İnstitutunun ekspertləri bildirirlər ki, Rusiya ballistik raketləri xaricdən alır, çünki bu raketlər Ukraynanın hava hücumundan müdafiə sistemlərindən daha yaxşı yayına bilir.

Bundan başqa belə raketlər cəbhə xəttindən atıldıqda onların tutulması qanadlı raketlərin zərəsizləşdirilməsindən daha çətindir.

Amma Ukrayna hərbi hava qüvvələrinin sözçüsü Yuri İqnat deyib ki, KXDR-in raketləri Rusiyanın İskander raketlərindən çox az fərqlənir.

XS
SM
MD
LG