Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:52

ABŞ-Rusiya danışıqları başladı


ABŞ-ın Cenevrə missiyasında görüş
ABŞ-ın Cenevrə missiyasında görüş

Rusiya ABŞ və NATO-dan təhlükəsizlik zəmanətləri istəyir

Cenevrədə ABŞ və Rusiya nümayəndə heyətlərinin danışıqları başlanıb.

ABŞ Dövlət katibinin müavini Vendi Şerman və Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkovun görüşü ABŞ-ın Cenevrədəki missiyasında keçirilir.

Görüş Moskvanın təhlükəsizlik tələbləri, Ukrayna ilə sərhəd yaxınlığına qoşun yığması fonunda baş tutur. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqində hökumət qüvvələri ilə savaşan separatçıları dəstəkləyir.

Rəsmi danışıqlardan öncə, yanvarın 9-da Şerman və Ryabkov Cenevrədə işçi nahar ediblər.

İki diplomat tərəflərin yanvarın 10-da əsas danışıqlarda “müzakirə edəcəyi ikitərəfli mövzulara toxunublar”, – Dövlət Departamenti yanvarın 9-da bildirib.

Danışıqlar həftəsi

İkitərəfli danışıqlardan sonra yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının, yanvarın 13-də isə Vyanada ATƏT çərçivəsində çoxtərəfli danışıqlar olacaq.

Dövlət Departamenti Cenevrədə yalnız müəyyən ikitərəfli məsələlərin müzakirə olunacağını, “avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropanın təhlükəsizliyinin” götür-qoy edilməcəyini bildirib.

Rusiya ABŞ və NATO-dan təhlükəsizlik zəmanətləri istəyir.

Məlumata görə, Şerman görüşdə “Birləşmiş Ştatların suverenlik, ərazi bütövlüyü və suveren ölkələrin öz alyanslarını seçmək azadlığı ilə bağlı beynəlxalq prinsiplərə sadiqliyini vurğulayıb”. Söhbət Ukraynadan və onun NATO-ya qoşulmaq istəyindən gedir.

Ryabkov isə nahardan sonra jurnalistlərə deyib ki, tərəflər substantiv məsələləri müzakirə ediblər, 10 yanvar danışıqlarının “çətin” keçəcəyini gözləyir.

Tələblər

Dekabrda ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə iki dəfə telefonla danışıb.

Putin NATO-nun şərqə doğru genişlənməsini, Ukrayna və Gürcüstan kimi keçmiş sovet respublikaları ilə əməkdaşlığı dayandırmasını tələb edir. Kreml həmçinin alyansın Şərqi Avropadan əsgər və silahlarını geri çəkməsini istəyir.

ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiya “Ukraynanın başına silah dirədiyi müddətdə” Moskva ilə danışıqlarda proqres olmayacağını deyir.

“Bu ziddiyyətləri yoluna qoymağa cəhd etmək, qarşıdurmadan yayınmaq üçün dialoq və diplomatiya yolu var”, – Blinken yanvarın 9-da CNN-ə deyib.

Blinken başqa bir müsahibəsində deyib ki, Moskva Ukrayna ərazisində daha çox girərsə, Rusiya kəskin sanksiyalar, ABŞ və müttəfiqlərinin təpkisi ilə üzləşər.

XS
SM
MD
LG