Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:50

ABŞ Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım edəcək


ABŞ istehsalı MIM-23 Hawk hava hücumundan müdafiə sistemi
ABŞ istehsalı MIM-23 Hawk hava hücumundan müdafiə sistemi

Birləşmiş Ştatlar Ukraynaya 1.2 milyard dollarlıq hava hücumundan müdafiə (HHM) sistemləri verəcək.

Britaniya isə bildirib ki, Kiyevə uzaqvuran raketlər verə bilər.

ABŞ-ın Ukraynaya sözü gedən yardımındakı vəsait aylar və ya hətta illər ərzində xərclənə bilər.

Vəsait HHM sistemlərinin və onlar üçün sursatın, habelə dronların alınmasına xərclənəcək.

ABŞ rəsmilərinin sözlərinə görə bu pula habelə artilleriya sursatı, raketlər və müxtəlif sistemlər üçün ehtiyat hissələri alınacaq.

Associated Press yazır ki, sözü gedən yardım bugün, mayın 9-da elan edilə bilər.

Vaşinqtonun vermədiyi silahı London verə bilər

Bu arada Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya 300 kilometrədək məsafəni vura bilən raketlərin verilməsi məsələsinə baxır.

Britaniya rəsmiləri bildirirlər ki, bu barədə son qərar hələ qəbul edilməyib.

Lakin The Washington Post qəzeti yazır ki, bu, Ukraynanın istədiyi, amma ABŞ-ın ona verməkdən imtina etdiyi silahların Kiyevə verilməsi istiqamətində “əhəmiyyətli addım” sayılmalıdır.

Ukrayna artıq xeyli müddətdir ki, Qərb ölkələrindən ona daha böyük atəş radiosuna malik raketlərin verilməsini istəyir.

Bu, Ukrayna ordusuna ilhaq olunmuş Krımda, habelə işğal edilmiş ərazilərin dərinliyində yerləşən Rusiya komanda mərkəzlərinə, silah və yanacaq anbarlarına zərbə endirmək imkanı verərdi.

Moskvanın etirazlarına baxmayaraq

Rusiya Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəyə 2022-ci ilin 24 fevralında başlayıb.

Həmin vaxtdan NATO ölkələri Ukraynaya milyardlarla dollarlıq hərbi, maliyyə və humanitar yardım göstəriblər.

ABŞ Ukraynaya 71 milyard dollarlıq yardım ayırıb. Britaniya Kiyevə 10, Almaniya isə 7 milyard dollarlıqdan çox yardımlar göstərib.

Başqa Qərb ölkələrinin göstərdiyi yardımlar bundan azdır.

Rusiya Qərbin Ukraynaya silahlar verməsini tənqid edir. Moskva bildirir ki, NATO Ukraynanı silahlandırmaqla “odla oynayır”.

XS
SM
MD
LG