Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:47

Azərbaycanlı pianoçunun şərəfinə Fransada müsabiqə!


►Müsabiqənin qalibi üçün 15 min avro pul mükafatı nəzərdə tutulub

Martın 7-12-dək Fransanın Annemas şəhərində bu ölkədə yaşayan azərbaycanlı Adilə Əliyevanın adına pianoçuların 10-cu beynəlxalq müsabiqəsi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Adilə Əliyevanın rəhbərliyi ilə təşkil olunmuş münsiflər heyətində bəstəkar Rodion Şedrin, "Dofine Libero" qəzetinin baş redaktoru Katrin Ponse, Tokio və Monreal milli simfonik orkestrlərinin baş dirijoru Şarl Dütua, Finlandiya musiqiçisi və tənqidçisi Vesa Siren, “Deutsche Gramophone” səsyazma studiyasının direktoru Mixael Fan, ABŞ-dan olan musiqiçi və tənqidçi Donald Vron və Polşa milli simfonik radio orkestrinin baş direktoru Joanna Vnuk Nazarava yer alır.

Müsabiqənin fəxri prezidenti fransalı bəstəkar və dirijor Loran Petijirardır. Müsabiqənin qalibi üçün 15 min avro pul mükafatı nəzərdə tutulur.

Bundan əlavə, müsabiqədə ilk yerləri tutanlara müsabiqə zamanı çəkilmiş kadrların yer aldığı film hədiyyə olunacaq və Parisdə yerləşən Alfred Corto adına Paris Musiqi Məktəbində pulsuz təhsil almaq üçün təqaüd ayrılacaq. Bu müsabiqə Azərbaycanın əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın adına hər iki ildən bir keçirilir.

Adilə Əliyeva Bakıda doğulub. Bir müddət sonra Moskvaya köçərək P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.

İyirmi beş ilə yaxındır ki, Fransada yaşayan Adilə Əliyeva 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan artıq kompakt-diskin müəllifidir.

Adilə Əliyeva haqda ətraflı

XS
SM
MD
LG