Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:38

Ağdaş və Ucar məktəblərində qurda qarşı dərman...


Arxiv fotosu
Arxiv fotosu

"Bu dərmanı uşağın əlinə verməmişdən əvvəl valideynini xəbərdarlıq edərlər. Uşağı müayinə etmədən, həkimlə məsləhətləşmədən necə demək olar ki, ‘al bu dərmanı, apar iç’".

Bunu AzadlıqRadiosu-na övladı Ağdaşdakı 3 saylı orta məktəbdə təhsil alan Samirə Mehtiyeva deyir. Onun sözlərinə görə, məktəbin bütün şagirdlərinə qurda qarşı dərman verilib:

“BƏLKƏ UŞAĞIN ALLERGİYASI VAR?”

"Uşaqların biri ikinci, biri üçüncü sinifdə oxuyur. Hərəsinə bir həb veriblər ki, ‘aparın, səhər yuxudan oyananda acqarına içərsiz’. Uşağın biri götürüb özündəki dərmanı da verib bu birinə ki, ‘mənim də yerimə ud’. Mənim də heç nədən xəbərim yox... Heç müəllimlər də valideynləri xəbərdar etməyib. Səhər təsadüfən xəbər tutmasaydım, kiçik uşaq əldən gedəcəkdi. Bəlkə heç bu uşaq gətirib bu dərmanı evdə valideyninə göstərməyə, özbaşına içə... Başa düşürsüz təhlükəni? Uşağın əlinə dərman verərlər? Özü də qurda qarşı dərmanlar təhlükəlidir. Bəlkə bu uşağın bu dərmana ciddi allergiyası var... Çağır valideyni, denən, ‘al bu dərmanı, apar, həkimlə məsləhət elə, səhər ver uşağa’".

Buna da bax: Ucar sakini: ‘Bu suyu içmirik, içsəydik, binada salamat adam qalmazdı’

Samirə xanım deyir, təkcə Ağdaş məktəblərində yox, Ucar məktəblərində də şagirdlərə eyni dərman preparatı paylanıb:

"Orda yaşayan qohumumun övladlarına da təhsil aldıqları məktəbdə dərman verilib ki, səhər məktəbə gəlməmiş acqarına udsunlar. Uşaqlardan birinin mədəsində ciddi problem var və həkimlə məsləhətləşəndə bəlli olub ki, qurd əleyhinə olan bu ağır dərman uşağın mədəsini daha da məhv edə bilər".

“VALİDEYNLƏR DƏ İÇSƏLƏR, EFFEKTLİ OLAR”

Ağdaş rayon 3 saylı orta məktəbdən bildirilib ki, dərman preparatlarını rayon uşaq poliklinikasından paylayıblar: "Poliklinikanın həkimləri uşaqlarla görüşüb və profilaktik tədbir haqqında geniş məlumat veriblər. Paylananlarsa helmintozlara qarşı preparatlardı, orqanizmə heç bir mənfi təsiri yoxdur. Əslində, valideynlər özləri də bundan eyni vaxtda istifadə etsələr, daha effektli olar".

Buna da bax: Pirəkəşkül sakini: '19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində ...'

Səhiyyə nazirliyi də helmintozlara qarşı dərman preparatının məktəblərdə reseptsiz və müayinəsiz paylanmasında qüsur görmür. Qurumdan bildirilib ki, uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxurlar. Bu səbəbdən də dərman preparatı, əsasən, 1-6-cı siniflərin şagirdlərinə paylanır. Bu, bir profilaktik tədbirdir və ilk deyil. Bundan əvvəl də müxtəlif məktəblərdə eyni profilaktik tədbir keçirilib.

XS
SM
MD
LG