Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

Akif Çovdarova 12 il həbs cəzası verildi [video]


Akif Çovdarova 12 il həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Akif Çovdarova 12 il həbs cəzası verildi

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarova 12 il həbs cəzası verildi.

Oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov və daha iki hakimi bu haqda hökm çıxarıb.

Hökmə əsasən, Çovdarovun rəhbərlik etdiyi idarənin daha üç işçisi - MTN polkovniki Səlim Məmmədov 11 il, mayor Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum edilib.

Buna da bax: Çovdarovun işində prokuror fikrini dəyişdi

Zərərçəkmişlərin Akif Çovdarov və digər təqsirləndirilən şəxslərə qarşı mülki iddiaları da təmin olunmayıb.

Mənəvi zərərçəkmişlərin mülki iddiası təmin olunmasa da, maddi ziyan çəkənlərin bəzilərinin mülki iddiası təmin edilib

Akif Çovdarov və digər təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlakları müsadirə olunub.

Rütbələrlə bağlı isə rütbəyə görə təqdimat vermiş müvafiq icra hakimiyyəti orqanına müraciət olunub.

Buna da bax: Akif Çovdarov: 'Nəzərə almamışdılar ki, mən zəif adam deyiləm'

DTX-nın Çovdarov və digərlərinə qarşı 2 milyon 971 min manatlıq mülki iddiası təmin olunub.

Akif Çovdarovun qızı və Hilal Əsədovun xanımının mülkiyyətində olan 8-ci kilometr bazarı dövlət nəfinə keçdi. "Karvansaray" ticarət mərkəzi epizodu üzrə cinayət işinə xitam verildi. Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlərin üzərindən həbs götürülüb, digər əmlakları isə müsadirə olunub.

"Bakı Metropoliteni"nin keçmiş rəhbəri Tağı Əhmədovun Akif Çovdarova qarşı 3 milyon manatlıq mülki iddiası da baxılmamış saxlanılıb.

Səlim Məmmədovun pensiya kartı və ailə üzvlərinin yaşadığı evin üzərində olan həbs götürülüb.

Vəkillər məhkəmə qərarından apellyasiya şikayəti verəcək. Onlar AzadlıqRadiosu-na bildiriblər ki, hökmlə razı deyillər və apellyasiya şikayəti verəcəklər. Amma hökmü şərh etməkdən imtina ediblər.

Akif Çovdarov və onun rəhbərlik etdiyi idarənin daha üç işçisinin işi üzrə ümumilikdə 33 milyon manatlıq əmlak müsadirə olunub.

Akif Çovdarov kimdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:02:50 0:00

XATIRLATMA

Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub. Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham verilib.

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

Prokuror A.Çovdarovun 15 il, S.Məmmədovun 12 il, O.Osmanov və A.Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib. A.Əliyev və O.Osmanova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Elşad Abdullayevin Akif Çovdarov videosu
Gözlə

No media source currently available

0:00 0:10:26 0:00

XS
SM
MD
LG