Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:38

Alen Simonyan: 'Ermənistan Avropa İttifaqı üzvlüyünə tələsmir...'


Alen Simonyan
Alen Simonyan

Ermənistan hazırda Avropa İttifaqı üzvlüyü üçün müraciət etmək məsələsinə baxmır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu martın 27-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib:

"Bu o demək deyildir ki, Ermənistan Respublikasına üzvlük ərizəsi forması verilib və Aİ üzvlüyünə namizədlik üçün oturub gözləmək qalır. Biz müzakirə edirik, anlayırıq, qeydlər götürürük. Biz Ermənistanda hələ çox işlər görməliyik ki, yaxın qonşularımız kimi üzvlük üçün illərlə gözləməli olmayaq. Ermənistanda bir çox standartlar dəyişdirilməlidir”.

Azatutyun yazır ki, Avropa Parlamenti ötən həftə Avropa İttifaqını Ermənistanla daha sıx yaxınlaşmağa, Ermənistanın ittifaq üzvlüyünə namizədliyi məsələsinə baxmağa çağıran qətnamə qəbul etmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan həmin vaxt siyasi və ictimai qüvvələri Avropa Parlamentinin bu təklifinə Aİ üzvlüyü gündəliyini müzakirə etməyə başlamaqla cavab verməyə çağırmışdı.

“Əgər Türkiyə Ermənistana müdaxilə etmək istəsə...”

Spiker martın 27-də yenə də ölkədə Rusiya sərhədçilərinin saxlanmasının zəruriliyi məsələsinə toxunub, lakin bildirib ki, Yerevan Rusiya qoşunlarının ölkədən çıxarılması tələbini müzakirə etmir:

“Onlar (Rusiya sərhədçiləri-red) indi bizə deyirlər: “Yaxşı bəs Türkiyə ilə sərhədi kim qoruyacaq?” Mən çox şübhə edirəm ki, əgər Türkiyə Ermənistana müdaxilə etmək qərarı versə, Rusiya sərhədçiləri onu qoruya bilsinlər, ya da bunu etmək istəsinlər”.

Baş nazir Nikol Paşinyanın ən yaxın komanda müttəfiqlərindən olan Simonyan Rusiya sərhədçilərinin etibarlığı məsələsinə fevralın axırlarında da toxunmuşdu.

Azatutyun yazır ki, iki ölkə arasında hərbi əməkdaşlıq razılaşmasına əsasən Rusiya sərhədçiləri onilliklərdir, Zvartnots hava limanında, habelə Ermənistanın Türkiyə və İranla sərhədləri boyunca yerləşdirilib.

Ermənistan hökuməti Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılmasına dair qərarını martın 6-da bəyan etmişdi.

Bundan əvvəl

Paşinyan demişdi ki, Ermənistanın bu rəsmi tələbi ölkədəki Rusiya sərhədçilərinin komandanlığına çatdırılıb:

“Onlara məlumat verilib ki, Zvartnotsdakı Ermənistan sərhəd xidməti Rusiya tərəfinin köməyi olmadan sərhəd nəzarətini həyata keçirmək üçün kifayət qədər təcrübə və bacarıq əldə edib. Onlara (Rusiya sərhədçilərinə-red) 2024-cü ilin 1 avqustunadək vaxt verilib. Biz sərhəd xidmətimizi özümüz həyata keçirəcəyik”.

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası sədrinin birinci müavini Viktor Bondarev bu barədə martın 7-də özünün teleqram kanalında yazmışdı:

“Mən Ermənistan hakimiyyətinə Rusiya qoşunlarının Ermənistandan çıxarılmasını heç ağlına belə gətirməməsini tövsiyə edərdim”.

Paşinyan Rusiya hərbçilərinin Ermənistandan çıxarılması niyyəti barədə iddiaları təkzib edib və belə bir planın olmadığını deyib.

Xarici işlər naziri Ararat Mirzoyan isə demişdi ki, Rusiya sərhədçilərinin yalnız Zvartnotsdan çıxmaları tələb olunur.

XS
SM
MD
LG