Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

"Kimsə müsəlmanlar haqda qorxunc şeylər danışanda..."


"Today, I Am A Muslim, Too", Nyu York şəhəri, 6 mart 2011
"Today, I Am A Muslim, Too", Nyu York şəhəri, 6 mart 2011

Dinlərarası uyum aşılayan reklamlar

Belə reklamları yayan «Amazon» öncə bir neçə dini qurumla məsləhətləşib

Bəyaz saçlı xristian pastoru müsəlman imamla (sünni məzhəbində mollaya “imam” deyilir –red.) dostluq edir. Onlar birlikdə deyib-gülür, çay içirlər. İkisi də diz ağrısından şikayətlənir. Ardınca hər ikisinin ağlına dostuna diz yastığı bağışlamaq gəlir. Diz yastıqlarını «Amazon Prime» göndərir.

Dostların biri öz yeni hədiyyəsini kilsədə, digəri məsciddə dua zamanı taxır.

Amazon Prime, kiçik bağlama daşıyan dron
Amazon Prime, kiçik bağlama daşıyan dron

«Amazon» bir neçə dini qurumla məsləhətləşib

«Amazon»un belə reklamla ötürdüyü dinlərarası harmoniya - uyum mesajını bayram günlərində milyonlarla insan internetdə paylaşıb. Bu reklamı yayımlamazdan öncə «Amazon» bir neçə dini qurumla məsləhətləşib.

“Belə layihələr bizim üçün bir ilkdir. Bilirdilər ki, bu, ziddiyyət doğura və onlar nifrət məktubları... ala bilərlər. Ancaq mesaj önəmli olduğundan, bunu gerçəkləşdirmək istəyirlər", - «Amazon»un əməkdaşlıq etdiyi qurumlardan birinin - Şimali Amerika İslam Dərnəyinin sosial ədalət üzrə kommunikasiya direktoru Rameez Abid-in sözləridir.

Buna da bax: Obama məsciddə müsəlmanlara nə dedi?

Ötən il ABŞ-ın xeyli şirkəti, o cümlədən Honey Maid, Microsoft, Chevrolet, YouTubeCoverGirlöz reklamlarında gündəlik həyatdan götürülmüş müsəlman kişi, qadın və uşaq obrazlarına yer verib. Belə reklamlar mahiyyətcə qeyri-siyasi olsa da, Donald Trump-ın seçki kampaniyası və antimüsəlman ritorikası gündəmi tutarkən, cəsarətli və hətta riskli təsir bağışlayır.

Donald Trump və qızı Ivanka Trump
Donald Trump və qızı Ivanka Trump

«Hər zamankından daha vacib məsələ»

Amerikalı şairə və fəal, 28 yaşlı Mona Haydar «Microsoft»un reklamını «müsəlmanlara çox ağrılı bir ilin ortasında ümid parıltısı» adlandırır.

«Droga5» reklam agentliyinin icraçı və kreativ direktoru Kevin Brady-nin fikrincə, Amerikada müsəlman məsələsi çox adam üçün hələ də yenidir və 2016-cı ildə şirkətlər bu məsələdə xüsusi cəsarət nümayiş etdiriblər.

Buna da bax: Ağ Ev rəsmisi müsəlmanlara qadağanın dəyişdirildiyini deyir

Ötən ilin ortalarında «YouTube Music»in reklam kampaniyasında beş nəfər təsvir olunmuşdu. Onlardan biri məktəbin dəhlizində gedə-gedə, Blackalicious-un mahnısını ifa edən gənc hicablı qadın idi. YouTube-un baş marketinq əməkdaşı Danielle Tiedt deyir ki, bu reklamda inklüzivlik mövzusu məqsədyönlü şəkildə qabardılmışdı. Onun sözlərinə görə, indi müxtəlifliyi vurğulamaq «hər zamankından daha vacibdir».

Danielle Tiedt deyir ki, «müxtəlifliyin siyasi məsələ olduğunu düşünmürəm. Bu, ümumbəşəri məsələdir».

Onlar bura aid deyillər?

Digər tərəfdən, irqi müxtəliflik mesajı verən reklamlar internetdə çox sayda nifrət mesajı doğurur. «State Farm» sığorta şirkəti-nin reklamında qaradərili kişi ağdərili qadına evlilik təklif edir. Şirkət özünün bu reklamını «twitter»də paylaşanda, xeyli istifadəçi bununla bağlı fikrini nifrət dolu mesajlarda ifadə etmişdi.

«Chevrolet»in iyunda paylaşılmış reklamında isə Ruqaya və Qassim adlı ekizlərin şirkətin sponsorluq etdiyi futbol proqramına qəbulu təsvir olunub. Video çəkilən zaman uşaqların 8 yaşı vardı. Üstəlik, videoda onların dini mənsubiyyəti qeyd edilməyib. Bütün bunlara baxmayaraq, videoyla bağlı yazılan şərhlər arasında “onlar bura aid deyillər” kimi zəhərli, antimüsəlman fikirlər özünə yer tapıb.

Cənab Brady deyir ki, onun agentliyi «Honey Maid» şirkətini reklamla bağlı nifrət dolu şərhlərə hazırlayıbmış. Bu şirkətin reklamında çəkilmiş çizkeyk (ABŞ-a aid tort növü) satıcısı, üç qız anası Nida’a Moghrabi ilk vaxtlar «facebook» və YouTube istifadəçilərinin kobud şərhlərindən qıcıqlandığını bildirir. Ancaq sonra belə şərhlərin hər yerdə olduğunu anladığından,daha buna əhəmiyyət verməyib.

Buna da bax: Obama niyə 'İslam terrorçuluğu' ifadəsini işlətmir

Amerika, müsəlman qadınlar
Amerika, müsəlman qadınlar

«Qızlarım indi daha özünəinamlıdırlar»

Moghrabi-nin sözlərinə görə, onun icması bu reklama müsbət yanaşır. O deyir ki, belə reklamlar gənc nəsli, müsəlman olduğunu deməyə qorxanları həvəsləndirir:

«Qızlarım indi daha özünəinamlıdırlar və mən inanıram ki, onların müsəlman dostları da bizi qəbul edib sevdiklərini bilirlər».

Reklamları müxtəlif baxışlı amerikalılar görürlər. Bu reklamlar auditoriyası geniş olan populyar ictimai-siyasi proqramların arasında yayımlanır.

Mona Haydar sözügedən reklamların potensialına ümid bəsləyir:

«10 ildən sonra bu reklam hansısa uşağın yadında qala bilər. O bu reklamda mənim timsalımda xortdan yox, normal insan görüb. Sonra kimsə müsəlmanlar haqqında qorxunc bir şey deyəndə o deyəcək ki, «mən reklamda görmüşəm, o normal görünürdü". Bunun əks-sədasının necə olacağını bilmək çətindir».

XS
SM
MD
LG