Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:53

Anar Məmmədlinin xanımı: “Əfv gözləyirik”


Anar Məmmədli
Anar Məmmədli

►“Optimist, pozitiv görünməyə, müxtəlif situasiyalarda yumor hissini qorumağa çalışır."

Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin ailə üzvləri dekabrın 31-nə gözlənən əfv fərmanında onun da adının çəkiləcəyini gözləyirlər.

Anar Məmmədlinin xanımı Vəfa Sübhani AzadlıqRadiosuna müsahibəsində deyir ki, buna çox ümidlidilər:

– Dekabrın 16-da Anarın həbsinin iki ili tamam oldu. Həm də müəyyən gözləntilərim var ki, Anar əfv siyahısına düşə bilər.

- Bu gözləntini artıran səbəbləriniz nədir?

- Həm hazırki durum, həm də müəyyən ictimai-siyasi şəxslər ümid verir ki, Anar da əfvə düşə bilər.

- Vəfa xanım, ABŞ-da insan hüquqlarına görə Azərbaycanla bağlı sanksiyalardan danışırlar, Avropa Şurasının baş katibliyi insan hüquqları kontekstində araşdırmaya başlayıb. Bu proseslər Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin, o cümlədən, Anar bəyin azadlığa buraxılmasına necə təsir edə bilər?

- Açığı, bilmirəm. Prosesləri mən də görürəm, amma bilmirəm ki, hansı təsir göstərə bilər. Bununla belə yenə də ümidliyəm ki, Anar bu dəfə azadlığa buraxılacaq. Anarın adı hər yerdə səslənir, buna görə ümidliyəm. (Ardı aşağıda)

Anar Məmmədli həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Buna da bax: 1000 manata yolka...

- Anar Məmmədlinin azadlığa buraxılması üçün göstərilən yerli və beynəlxalq dəstək yetərli oldumu sizcə?

- Əslində, daha çox gözləyirdik. Amma müəyyən qədər də olsa, dəstək oldu. Öz adımdan deyə bilərəm ki, gözləntim daha çox idi. Bəlkə də elə belə olmalı idi, çünki sonrakı həbslərlə bağlı prosesləri müşahidə elədim, hər kəsə dəstək belə verilirdi. Əslində Anardan sonra davamlı həbslər oldu, yerli fəallar da çaşıb qalmışdılar ki, kimə dəstək olsunlar.

- Anar bəyin vəziyyəti necədir? Həbsxanada gününü nəylə keçirir?

- Yaxşıdır, əsasən, mütaliə edir. Alman və ingilis dilinin üzərində işləyir, bu dilləri bilir, amma daha da təkmilləşdirməyə çalışır. Həbsxanada günlərini sayırlar, o vaxtı da səmərəli keçirməyin bir yolu mütaliədir, Anar da bundan yararlanmağa çalışır. Həbsxanada itirdiyi zamanı mütaliə ilə kompensasiya eləməyə çalışır.

- Bəs əhval-ruhiyyəsi necədir?

- Optimist, pozitiv görünməyə, müxtəlif situasiyalarda yumor hissini qorumağa çalışır. Güclü olduğunu düşünürəm. Nə qədər çətin şəraitdə olsa, güclü görünür. Amma həbsxana şəraitidir, bizə özünü elə göstərir, əslində necədir, o şəraitdə olmadığımız üçün bunu bilə bilmərik.

- Vəfa xanım, Anar bəy həbs olunanda siz bir neçə ay idi ki, evlənmişdiz. Bu iki il necə keçdi sizin üçün?

– Ailə qurmağımızdan yeddi ay keçirdi, 10 gün sonra 8-ci ay olacaqdı. Bu iki il çətin oldu, bir çox məhrumiyyətlərlə üzləşməli olursan, istər-istəməz. Yenə də hər nə olursa-olsun, güclü dayanmağa çalışırıq.

Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vəzifəsindən sui-istifadə və vergidən yayınma ittihamları ilə 5 il yarım azadlıqdan məhrum edib.

«Amnesty International» təşkilatı Anar Məmmədlini «vicdan məhbusu» elan edib.

Buna da bax: Əli Kərimlinin müşaviri: “Zərərçəkmiş mənəm”

A. Məmmədli: "İtirilən 22 ilə görə əzab çəkirəm"
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

XS
SM
MD
LG