Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:36

Ağac kəsimi Heydər parklarına çatdı


Heydər Əliyev parkı, Baku
Heydər Əliyev parkı, Baku

Xırdalan sakinləri danışırlar ki, dekabrın 1-dən 2-nə keçən gecə şəhərdəki Heydər parkına gələn ağackəsən dəzgahlarla, azı, 50 ağacın ömrünə son qoyulub

“Srağagün gecə Heydər parkındakı ağaclar kəsilib. Gecəylə kəsib uzadıblar ortalığa. Xırdalanda addım atmağa yer qalmayıb, hər yer satılıb, tikinti bumunun ortasındayıq. Bircə bu park qalmışdı, indi də kimsə parka göz dikib, obyekt tikmək fikrinə düşüb”.

Nəticəsiz cəhdlər?

Xırdalan sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə danışırlar ki, dekabrın 1-dən 2-nə keçən gecə şəhərdəki Heydər parkına gələn ağackəsən dəzgahlarla, azı, 50 ağacın ömrünə son qoyulub. Park çevrəsində yaşayan sakinlərin kəsimi dayandırmaq cəhdləri heç bir nəticə verməyib. Xırdalan sakini Ənvər Şükürov deyir, Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zənglərin də faydası olmayıb:

“Zəng vurduq, vəziyyəti dedik, polis qüvvəsi göndərilməsini istədik... Gözlədik, gələn olmadı. Fəhlələrə irad tutduq, dedilər, bizə nə tapşırıblar, onu da edirik...”.

Tapşırığı hardan almışdılar? Öyrənə bildiniz?

Xeyr. Dedilər, gedin icra hakimiyyətindən soruşun”.

Ağac kəsilməsinə etiraz, Bakı, Xətai rayonu
Ağac kəsilməsinə etiraz, Bakı, Xətai rayonu

“Adamların gücü heç nəyə çatmır”

Xırdalan sakinlərindən Səid Məmmədov fəhlələrdən dəfələrlə işi dayandırmalarını şəxsən özünün tələb etdiyini deyir. Axırda bir neçə şəxs yaxınlaşaraq, onu zorla ərazidən uzaqlaşdırıb:

“Axşam parkı yerində görürsən, səhər oyanırsan ki, “keçəlləşib”, ağacların bir hissəsi yoxdur. Kəsilmiş ağaclar hələ də parkın ortasında böyrüüstə qalıb. Adamların gücü heç nəyə çatmır. Eləcə, təəssüf hissi ilə başlarını tərpədib keçirlər”.

“Gecə qara, cücə qara” məntiqi?

Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığındakı bu park ətrafda yaşayanların istirahət məkanıdır. Parkda dəfələrlə abadlaşma və təmir işləri aparılıb. Sakinlər hər dəfə “gecə qara, cücə qara” deyib səhərəcən 50 ağac itirən parkın yaxın günlərin birində yerli-dibli “yoxa çıxacağından” qorxurlar.

Onların təxminlərinə görə, burada hansıs obyekt tikiləcək. Abşeron rayon İcra Hakimiyyəti bu təxminlərlə bağlı AzadlıqRadiosunun suallarını cavabsız qoyub.

Salam inşaat, əlvida yaşıllıq?

Son illər Xırdalanda müxtəlif inşaat şirkətləri xeyli bina, müxtəlif təyinatlı obyekt tikilib və yenə tikməkdədir. Bu səbəbdən, şəhərdə xeyli yaşıllıq məhv edilib.

XS
SM
MD
LG