Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:48

BMT Assange-a qahmar çıxdı


Julian Assange
Julian Assange

-

BBC xəbər verir ki, BMT komissiyası WikiLeaks saytının yaradıcısı Julian Assange-ın xeyrinə qərar çıxararaq onun təqib olunmasını əsassız adlandırıb.

Julian Assange dörd ildir ki, Ekvadorun Londondakı səfirliyinə sığınıb.

Аssange 2014-cü ilin sentyabrında saxlanması barədə verilmiş qərara görə İsveç və Böyük Britaniyadan BMT-nin işçi qrupuna şikayət edib. İşlə bağlı rəsmi qərar fevralı 5-də bildiriləcək.

Jurnalistlərin sözlərinə görə, BMT-nin işçi qrupu formal olaraq Britaniya, yaxud İsveç ədliyyə sisteminə heç bir təsir imkanına malik deyil. Ona görə də Assange-ın həbsi üçün çıxarılmış order əvvəlki kimi qüvvədə qala bilər.

Fevralın 4-də Britaniya polisi də bildirib ki, WikiLeaksin yaradıcısı səfirlik ərazisini tərk edən kimi dərhal həbs ediləcək.

Bildirilir ki, Assange-ın özü də Britaniya polisinə təslim olmaq fikrində imiş. O qərar veribmiş ki, şikayəti təmin olunmasa, Ekvador səfirliyindən çıxacaq.

Assange özünə qarşı bütün ittihamları rədd edərək onları siyasi adlandırıb.

WikiLeaks saytı dünyanın bir sıra ölkələri ilə bağlı məxfi sənədləri əldə edib yayandan sonra siyasi qalmaqallar yaranmışdı.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

XS
SM
MD
LG