Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

'Bu xəstəlik ördəyə, qaza təsir etmir, amma toyuğu öldürür'


Eyvaz Əliyev və ölü toyuqlar. 17jan2017
Eyvaz Əliyev və ölü toyuqlar. 17jan2017

“Evdə 40 toyuq var idi, ikisi qalıb. Hamısı qırıldı. Həmişəki kimi, yayda peyvənd eləmişdim, tauna qarşı iynə vurmuşduq. Adətən belə tədbirlərdən sonra toyuqlar qışdan salamat çıxırdı. Vəziyyət ürəkaçan deyil. Toyuq yeməkdən qalır, bir gündən sonra ölür”.

Astara şəhər sakini Akif Məmmədov əlində tutduğu ölmüş toyuğu göstərərək sözünə davam edir:

“Deyirlər ki, bu xəstəlik quş qripinə oxşamır”

“Biz İranla sərhəddə yaşayırıq. İranda da quş qripi var. Amma, deyirlər ki, bu xəstəlik quş qripinə oxşamır. Qonşunun da toyuqları bu xəstəliyə tutulmuşdu. Baytar həkimi çağırmışdı. Baytar həkimi dedi ki, bu quş qripi deyil. Nə isə qəribə xəstəlikdir. Adam toyuqdan istifadə etməkdən də qorxur .İlin bu vaxtında adətən toyuqlar xəstəliyə tutmurdular. Ümidim toyuqlara idi. Təzəlikcə yumurta qoyurdular, bazara çıxardırdım. Kasıbın işi belədir, vermir...”

Buna da bax:​ Rusiyadan quş idxalına qadağa

Rayonun Ərçivan kəndində də toyuqlar arasında xəstəlik yayılıb. Kənd sakini Eyvaz Əliyevin deməsinə görə, fərdi təsərrüfatda quşçuluğa üstünlük verirdi. Toyuqların sağ qalmasından ötrü bütün tədbirləri görüb. Lakin nəticə verməyib:

“50-dən çox toyuq ölüb. Uşaqlarımı nə ilə saxlayım?”

“Artıq 50-dən çox toyuq ölüb, 10-15 qalıb. Onlardan da hər gün 3-ü, 4-ü ölür. Bu xəstəlik ördəyə, qaza təsir etmir. Amma toyuğu öldürür. Belə baxırsan sağlamdır. Bir neçə dəqiqədə havası dəyişir, büzüşür. Ondan sonra ölür. Yumurta yerində ölüb. İndi mən uşaqlarımı nə ilə saxlayım?”

Buna da bax:​ Bir günlük cücələri diri-diri 'üyütmək' nə deməkdir?

Eyvaz Əliyevin deməsinə görə, belə xəstəliyə indiyə kimi rast gəlməyib.

“Birinci dəfədir. Həmişə quşçuluq təsərrüfatı ilə məşğul olmuşam. Belə xəstəliyə rast gəlməmişəm”.

O bir gecədə ölmüş toyuqları kisədən yerə tökür. Bir yerdə donmuş vəziyyətdə qalan iki toyuğu göstərərək deyir ki, onlar da öləcək:

“Dərman gücsüzdür. Deyirlər ki, dərmanı vaxtında vermək lazım idi. Bilmək olmur, axı. Dən yeyir, qaçır ora-bura. Bir neçə dəqiqədə dəyişir. Donub qalır yerində. Bir neçə saatdan sonra ölür”.

Kəndin digər sakini Vaqif Məmmədov da toyuqların tələf olmasından şikayət edir. O da deyir ki, fərdi təsərrüfatında bir dənə də olsun toyuq qalmayıb:

Buna da bax:​ İrandan quşçuluq məhsullarının idxalı dayandı

Vaqif Məmmədov
Vaqif Məmmədov

“Elə adamlar var ki, xəstə toyuqlardan istifadə edir”

“Bilmərik bu nədir? Burda mütəxəssislər işləməlidirlər. Kəndə baytar xidməti məntəqəsi var, indiyə qədər onun açıq olduğunu görməmişik. Qabaqcadan bu toyuqları kəsib istifadə etmək olarmı? Elə adamlar var xəstə toyuqlardan istifadə edir. Bütün bunlara aydınlıq gətirilməlidir”.

Vaqif Məmmədov hesab edir ki, sərhəd zonalarında baytarlıq xidmətləri aktiv işləməlidir:

“Yaxın ölkələrdə müharibə gedir. Hər şey ola bilər. Xəstəliyi bilərəkdən yaya bilərlər. Belə təxribatların qarşısı alınmalıdır. Bu baxımdan əhali maarifləndirilməlidir. Qabaqcadan deyilməlidir ki, bu xəstəlik var, onun qarşısını almaq üçün tədbirlər planı təqdim edilməlidir. Elə bil ki, hamı yatıb”.

Buna da bax:​ Yeni rüsumlar qüvvəyə mindi, amma quşçular buna sevinmir...

Belə baxırsan sağlamdır. Bir neçə dəqiqədə havası dəyişir, büzüşür. Ondan sonra ölür.
Belə baxırsan sağlamdır. Bir neçə dəqiqədə havası dəyişir, büzüşür. Ondan sonra ölür.

Baytarlıq Xidməti nə deyir?

Ötən ilin payız fəslinin ilk aylarında bölgədə mal-qara xəstəliyi yayılmışdı. Bu xəstəlik fərdi təsərrüfatlara böyük ziyan vurdu.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yerli şöbəsindən isə bizə bildirdilər ki, toyuqlar arasında yayılan xəstəliklə bağlı narahatçılığa ciddi bir əsas yoxdur. Xəstəliyin qarşısını almaqdan ötrü ciddi iş gedir. Ancaq Dövlət Baytarlıq Nəzarəti Xidməti belə xəstəliyin adını açıqlamır.

XS
SM
MD
LG