Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Yada düşən öhdəliklər... Azərbaycanı nə gözləyir?


Fransa - Avropa Şurası Parlament Assambleyası. Strasburq. (©Shutterstock)
Fransa - Avropa Şurası Parlament Assambleyası. Strasburq. (©Shutterstock)

NİDA Vətəndaş Hərəkatı noyabrın 5-də Müsavat Partiyasının qərargahında “Azərbaycan-Avropa Şurası münasibətləri, bizi nə gözləyir” mövzusunda tədbir keçirib.

Tədbirin mahiyyəti ilə bağlı qurumun idarə heyətinin üzvü Əbülfəz Qurbanlı AzadliqRadiosuna bunları deyib:

“Bu məsələ xeyli vaxtdır gündəmdədir. Rəsmilər Azərbaycanın Avropa Şurasından çıxmasını ehtiva edən açıqlamalar verirdi. Amma son vaxtlar xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, deputat Zahid Oruc bildirdilər ki, Azərbaycan Avropa Şurasında fəaliyyətini davam etdirməlidir. NİDA-nın yanaşması odur ki Bakı öhdəliklərini davam etdirərək qurumda qalmalıdır”.

Tədbirdə çıxış edənhüquqşünas Akif Qurbanlı xatırladıb ki, Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvidir. Azərbaycan indiyə qədər qurum çərçivəsinə 60 konvensiyaya qoşulub.

Buna da bax: Zahid Oruc: 'Avropa Şurasında mübarizəmizi davam etdirməliyik'

O, Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəkilərini 5 qrupa bölüb

“Birinci öhdəlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışmaqdır. İkinci, Azərbaycan Avropa Şurasının bütün konvensiyalarını qəbul etməlidir. Üçüncü, yerli qanunvericilik Avropa qanunvericiliyinə uyğunlaşdırmalıdır. Dördüncü, insan haqları məsələsidir, bu, çox vacib öhdəlikdir. Nəhayət, paytaxt da daxil, aparıcı şəhərlərdə mer seçkiləri, yerli özünüidarəyə nail olmaq və bələdiyyələrin səlahiyyətlərini artırmaq”.

Akif Qurbanlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq REAL sədri İlqar Məmmədovun həbnsdən azad olunmaması məsələsinə də toxunub:

“Məncə, hökumət indiki vəziyyətdə vaxt udmağa çalışacaq. Amma Azərbaycanın qurumdan çıxarılacağını düşünmürəm. Bir tərəfdən Azərbaycanın Avropa Şurasında qalmasının dövlət maraqlarına cavab vermədiyi bildirilir, digər tərəfdən əks bəyanatlar. Bəlkə də, burda sistemsizlik, ya da hakimiyyət daxilində vahid mövqe olmadığı göstərilə bilər. Amma mən bunun mərkəzləşmiş qaydada olmadığını güman etmirəm”.

Buna da bax: Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana dekabrın 5-nə kimi vaxt verir

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana dekabrın 5-nə kimi vaxt verir
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Müsavat Partiyası başqanının müavini Elman Fəttah da deyib ki,

milli təhlükəsizliyi beynəlxalq təhlükəsizliyin daxilində təmin etmək mümkündür.

“Bu, o qədər aydın məsələ idi ki, SSRİ dağılan vaxtı istiqamət seçmək çətin olmadı. Rusiyanın özü də daxil, təhlükəsizliyin təminatı barədə postsovet respublikaları düşünməyə başladı...”.

“Hakimiyyətin şəxsi maraqları...”

Elman Fəttah hesab edir ki, Avropa Şurasının öhdəlikləri ilə Azərbaycanın maraqları arasında ziddiyyət yoxdur:

“Hazırda Bakının Strasburqla yaşadığı problemin bir adı var: hakimiyyətin şəxsi maraqarı. Yeni dünya trendində inkişafın müstəvisi əməkdaşlıqdır, təcrid yox. Qapalılıq yox, şəffaflıqıdır. İnteqrasiya da, əməkdaşlıq da Azərbaycan hakimiyyətinin maraqlarına ziddir. Çünki əməkdaşlıq etdikdə yalançı əsaslar tapmaq çətin olur. Şəffaflıq isə hakimiyyətin korrupsiyadan imtinası deməkdir, belə olanda onlar hakimiyyətini itirər. Məsələ ondadır ki, İlham Əliyevin vaxtında da qəbul edilən milli təhlükəsizliklə bağlı sənədlərdə Avropaya inteqrasiya əsas götürülüb. Ona görə “erməni lobbisi”, yaxud “xristian klubları” kimi bəhanlər konsepsiyanı dəyişə bilməz. Sadəcə, hakimiyyətin maraqları Strastburqla toqquşmalar yaradır”.

Elman Fəttah Avropa Şurası qarşısında götürülən öhdəliklərdən seçki məsələlərinə də toxunub:

“Mənseçki komissiyalarında bitərəflər məsələsini nəzərdə tuturam. Yaxud yerli özünüidarəetmə ilə bağlı sənəd ratifikasiya olunsa da, öhdəlik yerinə yetirilmir. İri şəhərlərdə mer seçkiləri olmalı idi, amma keçirilmədi. Səbəb birdir: harda seçki mövzusu keçirsə, hakimiyyət dayanıb müqavimət göstərir”.

Xatırlatma

Avropa Şurasının Baş Katibi Turbyern Yaqland-ın Avropa İnsan Hüquqları Məhkəməsininqərarına rəğmən REAL sədriİlqar Məmmədovun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkətlərə çağırması rəsmi Bakının kəskin tənqidlərinə səbəb olub.Azərtbaycan rəsmilərindən bəziləri, hətta bildiriblər ki, Avropa Şurasında qalmaq məsələsini belə nəzərdən keçiriblər. Ötən ay Avropa Birliyi Şurasının nümayəndələrini qəbul edən prezident İlham Əliyev də bu məsələyə toxunmuşdu.

“Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik”, deyə prezident vurğulamışdı.

XS
SM
MD
LG