Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:46

Avropa Azərbaycan və Ermənistanı ‘yaşıl siyahıya’ saldı, Gürcüstanı yox


Xorvatiya, Adriatik dənizinin sahili
Xorvatiya, Adriatik dənizinin sahili

Avropa İttifaqı Azərbaycan, Ermənistan və daha 9 başqa ölkəni, vətəndaşlarına ittifaq ərazisinə cari, o cümlədən turist səfərləri etmək icazəsi verilən ölkələrin siyahısına əlavə edib.

Reuters agentliyi bildirir ki, Avropa İttifaqının 27 ölkəsi tərəfindən iyunun 30-da qəbul edilmiş bu qərarla Bosniya və Herseqovina, Bruney, Kanada, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qatar və Səudiyyə Ərəbistanı da bu siyahıya əlavə olunublar.

AzadlıqRadiosu qeyd edir ki, Gürcüstan bu siyahıda yoxdur. Halbuki bu ölkə ötən il birincilərin sırasında “yaşıl siyahıya” daxil edilmişdi.

Lakin Gürcüstan bundan bir neçə ay sonra epidemiyanın ikinci dalğasının ardınca siyahıdan çıxarılıb.

Test nəticəsi və karantin tələbi ola bilər

Reuters yazır ki, bundan başqa Avropa İttifaqı ölkələrinə daha 14 ölkə və ərazinin vətəndaşları üçün sərhədlərin açılması tövsiyə olunub.

Bunlar Albaniya, Avstraliya, İsrail, Yaponiya, Livan, Yeni Zelandiya, Şimali Makedoniya, Ruanda, Serbiya, Sinqapur, Cənubi Koreya, Tayvan, TaylandABŞ-dır.

Tövsiyədə Çinin inzibati tabeçiliyində olan Honq KonqMakaonun da adları çəkilir.

Bununla belə, hazırda bəzi məsələlər dəqiqləşdirilir. Avropa İttifaqının bir sıra ölkələri hələ də gələnlərdən koronavirus testinin mənfi nəticəsi barədə arayış tələb edə bilərlər.

Bəzi ölkələrin qonaqlara məcburi karantin tətbiq etməsi də mümkündür.

Bu da qeyd olunur ki, Avropa İttifaqının keçmiş üzvü – Britaniya da “yaşıl siyahıya” daxil edilməyib.

Hazırda bu ölkədə koronavirusun Delta variantının yaratdığı yoluxma dalğası tüğyan edir.

XS
SM
MD
LG