Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

Prezident: ‘Azərbaycanda heç kim öz siyasi baxışlarına görə təqib edilməməlidir’


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

“Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır”

AZƏRTAC-ın xəbərinə görə, bunu bugün, mayın 1-də Azərbaycan Prezidenti İlham Əliyev yenicə Baş prokuror təyin edilən Kamran Əliyevi videoformatda qəbul edərkən söyləyib.

Ölkə başçısının deyib ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bugünə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilməyib:

“Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə, hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”.

Xatırlatma

Azərbaycanın bəzi müxalif qüvvələri isə iddia edirlər ki, onlar ölkədə siyasi mövqeylərinə görə, təqib edilirlər.

Hətta Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyi bəyan edib ki, hakimiyyt koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin rejimindən (martin 24-dən tətbiq edilməyə başlanıb və mayın 31-nə kimi uzadılıb) fəlların cəzalandırılması üçün istifadə edir.

AXCP-dən qeyd ediblər ki, son həftələr 10-dan çox partiya üzvü və fəal əsas olmadan karantin rejimini pozmaqda günahlandırılaraq inzibati qaydada həbs edilib. Partiyadan əlavə ediblər ki, sədrləri Əli Kərimlinin də telefon, internet əlaqələri kəsilib.

Amma Daxili İşlər Nazirliyi karantin rejimindən müxalifətə qarşı istifadə edilməsi haqqında fikirləri qəbul etməyərək bunu dezinformasiya adlandırıb.

Rəsmilər Əli Kərimlinin karantin rejimində informasiya blokadasına alınması ilə bağlı deyilənləri də əsassız sayırlar.

Azərbaycanda mövcud olan karantin rejiminin qaydalarına görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə və başqa yerlərə gedəndə evdən çıxa bilərlər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərib icazə almalıdırlar.

XS
SM
MD
LG