Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:27

AzadlıqRadiosu Bakı bürosunun yenidən açılmasını tələb edir


Avqustun 3-də Azərbaycan məhkəməsi AzadlıqRadiosunun ona qarşı irəli sürülmüş vergi iddialarından şikayətinə baxacaq.

Hakimiyyət 2014-cü ilin dekabrında məhz bu iddialara əsaslanaraq AzadlqRadiosunun Bakı bürosunu bağlayıb.

“Kommersiya məhkəməsi bizə qarşı irəli sürülmüş iddiaların əsassızlığı barədə qərar çıxarmalı, prokuror ləngimədən Bakı bürosunun dondurulmuş bank hesablarının açılması, şirkətin 2014-cü ilin dekabrından müsadirə edilmiş möhür, ştamp və sənədlərinin qaytarılması, Bakı bürosu əməkdaşlarının şəxsi bank hesablarının açılması və bizim, Azərbaycan xalqına müstəqil xəbər və məlumatları çatdırmaq kimi jurnalist missiyamızı davam etdirməyimiz üçün müvafiq tədbirləri görməlidir” – deyib AzadlıqRadisounun prezidenti Thomas Kent.

Bu ilin əvvəlində Azərbaycan Ali Məhkəməsi AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılovaya qarşı irəli sürülmüş iki ittihamı ləğv etməklə AzadlqıRadiosunun Bakı bürosuna qarşı iki iddiaya da xitam vermiş olub. Xədicə İsmayılova may ayında azadlığa buraxılıb.

AzadlıqRadiosunun prezidenti Thomas Kent
AzadlıqRadiosunun prezidenti Thomas Kent

AzadlıqRadiosuna qarşı qüvvədə qalan iki iddiadan biri ABŞ-ın qeyri-mənfəət təşkilatlarının vergidən azad edilməsini nəzərdə tutan ikitərfli vergi müqaviləsinin Azərbaycan hökuməti tərəfindən yozumu ilıə bağlıdır.İkinci iddia jurnalistlərin akkreditasiyası ilə bağlıdır ki, bu məsələyə də bu il iyulun 1-də baxılıb və AzadlıqRadiosunun heç bir qaydanı pozmadığı bəlli olub.

Azərbaycan hökumətinin 2014-cü ilin 26 dekabrında keçirdiyi reyddən sonra, 2015-ci ilin mayında AzadlıqRadiosu öz Bakı bürosunu bağlamağa məcbur edilib.

Həmin vaxt prokurorluğun müstəntiqləri şirkətin mülkiyyətini müsadirə etmiş, onların vəkillə təmsil olunmasna imkan vermədən 20-dək əməkdaşı dindirmiş, işçilərə səfər qadağanı qoymuş, aydınlaşdırılmamış əsaslarla, verği təftişi adı ilə şirkətin və onun işçilərinin şəxsi bank hesablarının dondurulmasına göstəriş vermişdilər.

Bu reyddən cəmi bir neçə həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyevin administrasiyasının başçısı ölkənin rəsmi mediasında AzadlıqRadiosu jurnalistlərini casus və ölkənin milli təhlükəsizliyinə hədə adlandıran bəyanat vermişdi.

Bakı bürosunun bağlanmasına baxmayaraq, AzadlıqRadiosu peyk rabitəsi və internet vasitəsilə Azərbaycandakı auditoriyası ilə fəal təmasını davam etdirib.

2016-cı ilin ilk altı ayı ərzində AzadlıqRadiosunun internet saytına ayda 1, 5 milyon giriş və YouTube kanalında 20 milyondan artıq baxış qeydə alınıb.

XS
SM
MD
LG