Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:32

'Nə oldu, pambıqçılıqdan bir şey alınmadı?'


İlham Əliyev 17 sentyabr 2016, Sabirabad
İlham Əliyev 17 sentyabr 2016, Sabirabad

Bank əmanətləri, neftin qiyməti 23 oktyabrda medianın əsas mövzularından olub.

“Azadlıqinfo” saytı yazır ki, AXCP sədri Əli Kərimli ölkə başçısı İlham Əliuyevin neftin qiymətinin artması ilə bağlı gözləntilərini öz Facebook hesabında şərh edib. Ə.Kərimli prezidentin bu gözləntisini “asan gəlirə aludəçiliyi” kimi izah edib. AXCP sədri yazır:

“Nə oldu, pambıqçılıqdan bir şey alınmadı? Velosiped düzəltməklə dünya bazarına çıxası olmadıq? Bəs Naz-Lifanla sənaye dövləti olacaqdıq? İlham Əliyev deyildi deyən ki, “nefti unudun?”.

Buna da bax: Balaca Heydər: Pambıq müşavirəsində parlayan ulduz

Əli Kərimli qeyd edir ki, dünyanın avtoritar dövlət başçılarını həm də asan əldə olunan neft pullarına xüsusi sevgi birləşdirir:

“Başqa iş bacarmırlar axı. İndi 1 milyon insanın küçələrdə istefasını tələb etdiyi Venesuela prezidenti Maduranın da, İlham Əliyevin də son ümidi yenidən neft pullarıdır. Hələ də ümidlidirlər ki, neftin qiyməti qalxar və bunlar da heç nə etmədən, neftdən gələn milyardlarla hakimiyyətlərini qoruyarlar, üstəlik həmin milyardların bir hissəsini də xalqı əsarətdə saxlamağa sərf edərlər”.

“Bağlanan banklardakı əmanətlər hansı valyuta ilə qaytarılmalıdır?”

Modern.az saytı bu sualı iqtisadçı ekspertlərlə müzakirə edib.

İqtisadçı Vüqar Bayramov bildirib ki, mövcud qaydalara əsasən, milli valyutada olan əmanətlərlə yanaşı, bir əmanətçinin eyni bankda həm milli, həm də xarici valyutada olan əmanətləri manatla qaytarılır:

“Bu o deməkdir ki, yalnız iki halda əmanət manatla qaytarılar bilər. Digər hallarda, ödəniş xarici valyutada olmalıdır. Manatla əmanətlərin milli valyutada qaytarılması aydın məsələdir. Digər halda isə məsələn, əgər əmanətçinin müflis olmuş bankda iki əmanət hesabı varsa və əgər onlardan biri dollarda, digər isə manatladırsa, həmin şəxs dollar olan əmanətini də manatla almaq məcburiyyətindədir. Hətta məsələn, həmin şəxsin 50 000 dollarlıq xarici valyuta əmanəti sadəcə 1000 manatlıq milli valyuta əmanəti varsa, bütün pulunu mövcud qaydalara əsasən manatla alır”.

Buna da bax: 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

İqtisadçı bildirib ki, əgər əmanətçinin müflis olan bankdakı pulu yalnız dollarladırsa, o zaman həmin pul heç bir halda manatla ödənilə bilməz:

“Əmanətlərin Sığortalanması Fondunun öz qaydalarına əsasən, həmin pul yalnız dollar ilə qaytarılır. Eyni ilə əgər əmanət sadəcə avroda yerləşdirilibsə, kompensasiya manatla ödənilə bilməz, yalnız Avropa pulunda qaytarılmalıdır”.

Gənclər fəlsəfə, yaşlılar elmlər doktorluğu proqramına daha çox maraq göstərir

Azərbaycanda elmlər dоktоru prоqrаmı üzrə təhsil alanların təxminən 60 faizini 40 və yuxarı yaşlılar təşkil edir.

Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, elmlər dоktоru proqramı üzrə təhsil alanların 210 nəfəri Təhsil Nazirliyində, 97 nəfəri Kənd Təsərrüfatı Nazirliyində, 7 nəfəri İqtisadiyyat və Sənaye Nazirliyində, 213 nəfəri isə Milli Elmlər Akademiyasında təhsillərini davam etdirirlər.

Fəlsəfə dоktоru prоqrаmı üzrə təhsil alanların ümumi sayının 58 faizini 30 yaşadak gənclər təşkil edir. Fəlsəfə dоktоru proqramı üzrə təhsil alanlardan ən çoxu Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasının tabeliyində olan müəssisələrin payına düşür.

Buna da bax: Azərbaycanda alimin qiyməti – 90 manat

2016-cı ilin əvvəlinə Azərbaycanda elmi tədqiqat və işləmələrlə 23 mindən çox mütəxəssis məşğul olub ki, onların da 16 mindən çoxu və ya 70 faizini tədqiqatçılar təşkil edib.

XS
SM
MD
LG