Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:55
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı

Azərbaycanda növbədənkənar prezident seçkiləri

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bəzi müxalifət partiyaları hakimiyyətin rəqabətə hazır olmadığını əsas gətirərək seçkidə iştirakdan imtina edib. Seçkiyə AŞPA müşahidəçiləri dəvət olunmayıb.

Əsas məqamlar

11:25 7.2.2024

Prezident seçkisində pozuntulardan görüntülər : YAP-çı müşahidəçi YAP sədrini tanımır

11:30 7.2.2024

İşğaldan azad olunmuş ərazilərdə seçki

Füzuli rayonunda səsvermədə iştirak etmək üçün insanlar növbəyə düzülür. 7 noyabr 2024
Füzuli rayonunda səsvermədə iştirak etmək üçün insanlar növbəyə düzülür. 7 noyabr 2024

İşğaldan azad olunmuş ərazilərdə təqribən 30 il sonra prezident seçkiləri keçirilir.

Xankəndi şəhərində (122 saylı Xankəndi seçki dairəsi) 14, 15 və 16 saylı yeni məntəqələr yaradılıb. Həmin dairə üzrə seçicilərin dəqiq sayı açıqlanmır. Lakin Mərkəzi Seçki Komissiyanın (MSK) məlumatına görə, saat 10:00-a qədər Xankəndidə artıq 2 min 361 nəfər səs verib, 30.25 faiz seçici fəallığı olduğu vurğulanır.

Ümumilikdə isə rəsmi məlumata görə, azad edilmiş ərazilərdə 23 minə yaxın seçici olduğu bildirilir. MSK-nın açıqlamasına görə, işğaldan azad edilən ərazilərdə ümumilikdə 26 məntəqə yaradılıb.

11:34 7.2.2024

Bakıda 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində bəzi seçiciyə verilən bülletenin kənarının öncədən kəsildiyi deyilir.

Seçki dairəsindən "Turan"a bu məlumatı təkzib ediblər.

12:27 7.2.2024

Müşahidəçilər məntəqədən nədən uzaqlaşdırılıb?

Azərbaycanda prezident seçkilərini izləyən bəzi müşahidəçilərin seçki məntəqələrindən uzaqlaşdırıldığı bildirilir.

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı məntəqəsində müşahidəçi Cavid Nəbiyev məntəqədən uzaqlaşdırıldığını bildirir.

C.Nəbiyevin sözlərinə görə, o, sadəcə seçki prosesini izləyirmiş və heç bir pozuntu etməyib, amma məntəqə seçki komissiyası barəsində protokol tərtib edərək onu məntəqədən uzaqlaşdırıb.

Eyni halın 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı məntəqəsində də olduğu vurğulanır. Həmin məntəqədən də müşahidəçinin polisin iştirakı ilə uzaqlaşdırıldığı deyilir.

Seçki dairəsindən "Turan"a bildirilib ki, müşahidəçilər seçki prosesinə maneçilik törətdiklərinə görə məntəqədən uzaqlaşdırılıb.

Davamı

XS
SM
MD
LG