Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:05

Sel Azərbaycanın bəzi rayonlarında fəsadlar törədib


Qəbələdə sel: 'Elə bil bu hökumətin nümayəndələri yoxdur'
Gözlə

No media source currently available

0:00 0:05:23 0:00

Qəbələdə sel: "Elə bil bu hökumətin nümayəndələri yoxdur"

Azərbaycanda son günlər intensiv yağışlar nəticəsində yaranmış sel bəzi rayonlarda fəsadlar törədib.

Yerli sakinlərin AzadlıqRadiosuna deməsinə görə, Quba rayonunda Əlikçayın üzərindəki körpü sel nəticəsində uçub. Nəticədə Xınalıq və bəzi digər kəndlərlə əlaqənin kəsildiyi deyilir. Məsələ ilə bağlı, hələlik, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən münasibət öyrənmək mümkün olmayıb.

Həmçinin, Bakı-Qazax maqistral yolunun Goranboy rayonundan keçən hissəsinin də sel altında qaldığı bildirilir. Eyni zamanda rayonun bir neçə kəndini də sel basdığı söylənir. Goranboy rayon İcra Hakimiyyətindən “Turan”a bildirilib ki, əraziyə dərhal əməkdaşlar ezam olunub, sel sularının evlərə dolmasının qarşısını almaq üçün ərazilərə texnikalar cəlb olunub.

Bütün bunlardan başqa, Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində iyulun 28-də 30-a yaxın fərdi evi su basdığı deyilir. Gəncə Şəhər İcra Hakimiyyətindən “Turan”a bildirilib ki, bütün lazım olan tədbirlər görülüb, evlərə dolmuş yağış sularının ərazidən kənarlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb ki, subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Tovuz, Şəmkir, Daşkəsən rayonlarında da bir neçə gün yağan güclü yağışlar nəticəsində əkinlərə ziyan dəydiyi bildirilir. Sakinlərin sözlərinə görə, hələlik, ziyanın həcmi dəqiqləşdirilməyib.

XS
SM
MD
LG