Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:30

Monteneqroda yeni şirkət yaradıldı


Monteneqronun paytaxtı Podqoritsa
Monteneqronun paytaxtı Podqoritsa

Monteneqroda Azərbaycanın məsləhət şirkəti yaradılıb. «Azmont Investments» şirkəti ilə eyni ünvanı (Herseq Novi, Braçe Qrakaliç küçəsi, 94) paylaşan yeni şirkətin təsisçiləri bu Balkan ölkəsindəki çoxsaylı Azərbaycan mənşəli şirkətlərin rəhbərliyində təmsil olunan şəxslərdir.

Monteneqronun Biznes Subyektlərinin Mərkəzi Reyestrinə əsasən, «Arm Capital Management» şirkəti biznesin idarə olunması sahəsində məsləhət xidmətləri göstərəcək. Mayda yaradılan bu şirkətin kapitalına rəmzi olaraq 1 avro qoyulub.

Buna da bax - 'Azmont'un görünən və görünməyən üzü

Yeni şirkətdə əsas söz sahibi Ahmet Erentok-dur. O, şirkətin 80 faizinə sahib olmaqla bərabər, həm də onun icraçı direktorudur. Azərbaycanda «AtaHolding» MMC-nin və «Azerbaijan Global Investments» MMC-nin Müşahidə Şurasının sədri vəzifələrini tutan A.Erentok Monteneqroda «Azmont Investments» şirkəti daxil olmaqla, daha bir neçə şirkətin nəzarət orqanına rəhbərlik edir.

Mənbə: (pretraga.crps.me/) Centralnog registra privrednih subjekata Crne Gore

Digər təsisçilərin (Rəşad ƏliyevRəşad Rəsullu) yeni şirkətdə hərəyə 10 faizlik payı var. Onlar «Azmont Investments» MMC-nin Monteneqrodakı şirkətlərində Müşahidə Şurasında təmsil olunurlar.

«Azmont Investments» Portonovidə sərmayə həcmi 650 milyon avro qiymətləndirilən elit istirahət kompleksi inşa edir. 2015-2016-cı illərdə bu şirkət Monteneqroda «Rare Developments», «Portonovi Hospitality Management Company», «Portonovi Resort Management Company» və «Nova Banka» şirkətlərini təsis edib.

XS
SM
MD
LG