Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

Vəkil: 'Bəxtiyar Hacıyev aclığı dayandırdı'


İnsan neçə gün aclıq edə bilər, hansı orqanları zədələnir
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

İnsan neçə gün aclıq edə bilər, hansı orqanları zədələnir

Bu gün, fevralın 28-də günün ikinci hissəsi ictimai fəal Bəxtiyar Hacıyevin həbsdə başlatdığı aclıq aksiyasını dayandırdığı bildirilir.

Bu barədə onun vəkili Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, Hacıyev ailəsinin və ictimaiyyətin fikrini nəzərə alaraq öz təşəbbüsü ilə 51 gün davam edən aclıq aksiyasını dayandırıb: "Bəxtiyar ona dəstək olan hər kəsə minnətdarlığını və bundan sonra da mübarizəni hüquqi müstəvidə davam etdirəcəyini bildirdi".

Hələlik, bu məlumatı Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Bəxtiyar Hacıyevin 20 kiloqramdan çox çəki itirdiyi deyilir

51 gündür Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq aksiyası keçirdiyi deyilən ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir. Fevralın 28-də vəkil Fəxrəddin Mehdiyev gənc fəalla görüşüb. Onun sözlərinə görə, Hacıyevin qan təzyiqi 85/55-ə düşüb: "Bildirməsinə görə, çəkisi 63.7 kiloqramdır. O, yuxusuzluqdan, başgicəllənməsindən əziyyət çəkir". (Təcridxanaya daxil olanda çəkisinin 84.5 kiloqram olduğu açıqlanmışdı)

Mehdiyev qeyd edib ki, Hacıyev mülki xəstəxanaya köçürülməsini istəyir: "Mülki xəstəxanaya köçürülməsi ilə bağlı digər vəkili Şəhla Hümbətovanın vasitəsilə Penitensiar Xidmətə ərizə göndərib. Lakin bu ərizəni Şəhla xanım müalicə müəssisəsindən çıxarkən ondan müsadirə ediblər".

Vəkil qeyd edib ki, ictimai fəal saxlanma şəraitindən narazıdır: "Deyir ki, saxlandığı otaq dar, havalandırma yoxdur. Nəzarətçi daim yanındadır və hərəkət etmək mümkün deyil…".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bəxtiyar Hacıyevdən vəkili xəbər gətirib

Həbsdə 50 gündür aclıq aksiyası keçirdiyi bildirilən ictimai fəal Bəxtiyar Hacıyev ilə vəkili Rövşanə Rəhimli görüşüb.

Vəkil AzadlıqRadiosuna deyib ki, Hacıyev ilə fevralın 27-də Penitensiar Xidmətin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində görüşüb. Onun sözlərinə görə, Hacıyev vəkillərin və ailəsinin təkidlərindən sonra aksiyanı davam etdirmək şərti ilə bədəninə bir sistemin köçürülməsinə razılıq verib: "Ona görə də biz həkim Adil Qeybullanın müalicə müəssisəsinə gələrək Bəxtiyar Hacıyevə sistem köçürməsi üçün Penitensiar Xidmətin şərait yaratmasını xahiş edirik".

Vəkil qeyd edib ki, aclığının 50-ci gündə Hacıyevin səhhəti pisdir: "Çəkisi 64 kiloya düşüb, güclü ağrıları, başgicəllənmələri, ürəkbulanması var. O, yuxusuzluqdan əziyyət çəkir".

Müdafiə tərəfi Hacıyevin təcridxanaya gətiriləndə çəkisinin 84.5 kiloqram olduğunu açıqlamışdı.

Onun vəkilinin son açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl müdafiə tərəfinin rəsmi müraciətindən sonra professor Adil Qeybulla bir neçə dəfə Bəxtiyar Hacıyevi həbsdə müayinə edib.

Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb

Bəxtiyar Hacıyevin həbs-qətimkan tədbirinin müddəti iki ay uzadılıb. Bu barədə AzadlıqRadiosuna vəkil Şəhla Hümbətova məlumat verib. Onun deməsinə görə, fevralın 23-də Xətai Rayon Məhkəməsi bununla bağlı istintaq orqanının vəsatətini təmin edib.

İstintaq orqanı vəsatətini ekspertizanın keçirilməsi və istintaq hərəkətlərinin davam etməsi ilə əsaslandırıb.

Hacıyev haqqında verilən və bu vaxta qədər daha bir dəfə uzadılan həbs-qətimkan tədbirinin müddəti fevralın 28-də başa çatırdı.

Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıb.

Bəxtiyar Hacıyev təcridxanaya qaytarılmasını tələb edir

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev saxlanma şəraitindən narazıdır. Bunu AzadlıqRadiosuna fəalla fevralın 23-də Baş Tibb İdarəsinin müalicə müəssisəsində görüşən vəkil Şəhla Hümbətova bildirib: "Bəxtiyar deyir ki, ona müəssisənin rəisi saxlanma şəraitin dəyişdirilməsi ilə bağlı verdiyi sözü tutmayıb Qeyd etdi ki, saxlanma şəraiti qeyri-insanidir. Bəxtiyar tələb edir ki, onu Bakı İstintaq Təcridxanasına köçürsünlər".

Vəkilin sözlərinə görə, bütün xahişlərə baxmayaraq, Hacıyev aclıq aksiyasını dayandırmaqdan imtina edib: "Vəziyyəti isə ağırdır. Çəkisi 64.5 kilo, təzyiqi 90/60-dır".

Müdafiə tərəfi onun təcridxanaya daxil olanda çəkisinin 84.5 kiloqram olduğunu açıqlamışdı.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Vəkili Bəxtiyar Hacıyevin aksiyanı dayandırmadığını deyir

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyətinin kritik olduğu deyilir. Bu barədə AzadlıqRadiosuna fevralın 21-də onunla görüşən vəkil Rövşanə Rəhimli danışıb. Onun sözlərinə görə, fəal artıq komaya düşə bilər: "Müəssisənin həkimi bildirib ki, Bəxtiyar koma həddinə yaxınlaşır və yaxın 24 saat ərzində komaya düşə bilər. Ona görə də məcbur olub müdaxilə etməli olacaqlar".

Vəkil qeyd edib ki, çoxsaylı xahişləri nəzərə alaraq Hacıyev bu gün, fevralın 21-də quru aclıq aksiyasını qismən dayandırıb: "Anasının və yaxınlarının xahişlərindən sonra yanımızda stəkanın dörddə bir hissəsinə qədər su içdi. Amma ümumən aclığı dayandırmaqdan imtina etdi".

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ailə üzvləri müalicə müəssisəsində Bəxtiyar Hacıyevlə görüşüblər
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmadı

Bu gün, fevralın 20-də ictimai fəal Bəxtiyar Hacıyevin həbsinin ev dustaqlığı ilə əvəz olunması istəyi ilə bağlı verilən apellyasiya şikayəti təmin edilməyib.

Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesə Hacıyev də gətirilib.

Müdafiə tərəfinin Azadlıq Radiosuna bildirməsinə görə, Hacıyev məhkəməyə məcburi şəkildə gətirilib: "Bəxtiyar səhhəti pis olduğuna görə məhkəmədə iştirak etməməsi üçün ərizə ilə müraciət edib. Amma onu məcburi gətiriblər. Yolda, bildirməsinə görə, öd qusub".

Hələlik, müdafiə tərəfinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Rza Səfərsoy sərbəst buraxılıb

Rza Səfərsoy Yasamal Rayon Məhkəməsinin qərarı ilə fevralın 21-də 150 manat cərimələnərək sərbəst buraxılıb. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinin pozulmasında ittiham olunurdu.

Partiya sədri də saxlanıb

Qarabağ müharibəsi veteranı, ALOV Partiyasının sədri Rza Səfərsoyun da fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin prosesindən sonra saxlanıldığı deyilir.

Səfərsoyun yaxınları AzadlıqRadiosuna bildirib ki, o, dünən, fevralın 20-də məhkəmə prosesindən sonra metroya tərəf gedərkən yolda saxlanılıb: "Bir maşın onun yanında saxlayıb. Maşından çıxan mülki geyimli şəxslər onu sürüyə-sürüyə aparıb və zorla maşına mindiriblər. Bundan sonra ondan xəbər yoxdur".

Bu deyilənlər ilə bağlı Daxili İşlər Nazirliyindən də "Turan"a bildirilib ki, Səfərsoy saxlanılıb, araşdırma aparılır.

Saxlanan gənclərdən ikisi həbs edilib

Fevralın 21-də bir gün əvvəl Bakı Apellyasiya Məhkəməsinin önündə ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə görə etiraz aksiyası keçirərkən saxlanan D18 Hərəkatının üzvləri -Afiyəddin Məmmədov Samir Sultanov 30 sutka müddətinə həbs ediliblər.

Vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, hər iki fəal İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib. Onun sözlərinə görə, gənclər ittihamı qəbul etmirlər: "Bildirdilər ki, nə ictimai asayişi pozublar, nə xuliqanlıq ediblər. Dedilər ki, şüar səsləndirdiklərinə görə həbs olunublar".

Bu deyilənlər ilə bağlı rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Aksiyada digər saxlananların isə sərbəst buraxildığı deyilir.

Məhkəmə önündə etiraz aksiyası
Məhkəmə önündə etiraz aksiyası

Bəxtiyar Hacıyevə azadlıq tələb edilib

Bir sıra ictimai fəallar məhkəmə prosesindən sonra Bakı Apellyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar "Öldürmə, azad et", "Azadlıq Bəxtiyarın haqqıdır" şüarları səsləndiriblər.

Polis əməkdaşları etirazçıları ərazidən uzaqlaşdırıb.

Aksiya iştirakçıları bildirib ki, Hacıyev dərhal azadlığa buraxılmalıdır və onlar bu istiqamətdə mübarizələrini davam etdirəcəklər.

Fəallardan Afiyəddin Məmmədov, Samir Sultanov, Nemət Abbasov, Əli Məlikov və Nərmin Şahmarzadənin saxlandığı bildirilir.

Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Bəxtiyar Hacıyev qeyri-insani rəftara məruz qaldığını bildirir

Fevralın 19-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Bəxtiyar Hacıyev vəkili Zibeydə Sadıqovaya zəng edib. Bu barədə Sadıqova özü AzadlıqRadiosuna danışıb. Vəkilin sözlərinə görə, Hacıyev saxlanma şəraitindən şikayət edib: "Bəxtiyar Hacıyev Müalicə Müəssisəsində qeyri-insani rəftara məruz qaldığını bildirir. Deməsinə görə, bir neçə nəzarətçi bütün günü otaqda ona nəzarət edir. Əlavə etməsinə görə, o yatanda televizoru yandırırlar, xahiş edir ki, TV söndürülsün ki, yata bilsin, amma TV-ni söndürmürlər. Ümumiyyətlə, bildirməsinə görə, onun saxlanıldığı otaqda çoxlu nəzarətçi olur. Halbuki, bir nəfərlik çarpayısı olan kiçik otaqdır".

Vəkilin vurğulamasına görə, Hacıyev bununla bağlı Bakı İstintaq Təcridxanasına qayıtmaq istəyir.

Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və başqa aidiyyətı qurumlardan münasibət almaq mümkün olmayıb.

Bəxtiyar Hacıyev: 'İlham Əliyevə dəstək vermək istədim, amma gördüm ki, məqsədi başqadı'
Gözlə

No media source currently available

0:00 0:32:04 0:00

Vəkilləri Hacıyevin yanına buraxmayıblar

Fevralın 18-də vəkillər Şəhla Hümbətova Fəxrəddin Mehdiyevin Bəxtiyar Hacıyevlə görüşmək istəyinin baş tutmadığı bildirilir.

Hümbətova qeyd edib ki, Hacıyevlə görüşmək üçün səhər Penitensiar Xidmətin müalicə müəssisəsinə gedib: "Sənədlərim yoxlanandan sonra içəri buraxıldım, orada da çantama qanunsuz baxış keçirildi və görüş otağına yola salınan anda birdən zəng gəldi ki, buraxmayın".

O qeyd edib ki, bir saatdan çox gözləsə də, Hacıyevlə görüşə icazə verilməyib. Onun deməsinə görə, bu, fevralın 18-nin şənbə günü - qeyri iş günü olması ilə izah edilib: "Bildirdim ki, keçən şənbə vəkillər Bəxtiyarla görüşüb, bundan əlavə, həmin vaxt başqa vəkillərin də müəssisəyə daxil olmasının şahidi olublar. Buna cavab olaraq dedilər ki, "bilməyib buraxıblar"".

Vəkil Fəxrəddin Mehdiyev də AzadlıqRadiosuna eyni problemlə üzləşdiyini, onun da Hacıyevlə görüşə buraxılmadığını deyib.

Bu açıqlamalara, hələlik, Penitensiar Xidmət-dən münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl

Bəxtiyar Hacıyev fevralın 10-da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülüb.

İctimai fəal ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamla razı deyil.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan etmişdi. Bəzi ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırdığını bildirmişdi. Amma yanvarın 9-da aksiyanı bərpa etdiyini açıqlayıb və hələ də davam etdirdiyi deyilir.

XS
SM
MD
LG