Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:49

Azərbaycanda benzin bahalaşdı


Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb.

Bu barədə qərarı iyulun 14-də gecə saatlarında Tarif Şurası verib. Qərar digər markalı benzinlərə aid deyil. Qərar bu gündən - iyulun 15-dən qüvvəyə minir.

Qiymətinin nisbətən ucuz olmasına görə, indiyə qədər Azərbaycanda sürücülərin əksəriyyəti Aİ-92 markalı benzindən istifadə edirdi.

Azərbaycanda benzin bahalaşdı
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

Tarif Şurasının saytında dərc edilmiş məlumatda deyilir ki, qurum iyulun 14-də keçirilmiş iclasında “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib”.

Tarif Şurasının yaydığı məlumatda deyilir: "Ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb".

Azərbaycanda benzin sonuncu dəfə bu ilin yanvarında bahalaşıb.

Xaricdən idxal olunan "Aİ-95 Premium" markalı benzin o zaman 10 qəpik (0,95 AZN-dən 1.05 AZN olmuşdu) bahalaşmışdı.

XS
SM
MD
LG