Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:32

'Sərhədsiz Reportyorlar' saytların bloklanması və başqa təzyiqlərlə bağlı


"İlham Əliyev və azad söz". Karikatura. Gündüz Ağayev.
"İlham Əliyev və azad söz". Karikatura. Gündüz Ağayev.

“Son günlər Azərbaycanda iki jurnalist saxlanıb və iki aparıcı xəbər saytı bloklanıb. Həmçinin onsuz da sərt olan söz azadlığını tənzimləyən qanunvericilik daha da sərtləşdirilib”.

Sərhədsiz Reportyorlar” təşkilatının dekabrın 5-də yaydığı bəyanatda belə deyilir.

Təşkilat jurnalistlərə və mətbuata təzyiqlərə görə Azərbaycan hakimiyyətini pisləyir.

Buna da bax:​ Sərhədsiz Reportyorlardan 'Azadlıq' bəyanatı

Jurnalistlərin saxlanması

“Müstəqil jurnalistdən biri, Cəlilabaddan olan Əfqan Sadıqovdur. O, əsasən regionun sosial problemlərini işıqlandıran Azel.tv saytının redaktorudur. Noyabrın 22-də o, söhbət üçün İcra Hakimiyyətinə çağırılıb və orada “ağırlaşdırıcı şəraitdə hücumda” ittiham olunub. Anası deyir ki, polislər ona işgəncə veriblər və oğluna baş çəkməyə icazə verməyiblər”, sənəddə deyilir.

Bəyanatda qeyd edilir ki, bu cür bəhanədən Kanal 13 saytının jurnalisti Teymur Kərimovun saxlanmasında da istifadə olunub. O, noyabrın 25-də Qarabağ qaçqınlarının su problemlərini işıqlandırarkən Bərdə rayonu yaxınlığında saxlanıb. Naməlum şəxs T.Kərimovun işinə əngəl törətməyə başlayıb, sonra isə onu itələyərək təhqir edib. Polis onu saxlayıb və “hücum”da ittiham edərək barəsində cinayət işi qaldırıb.

Buna da bax: Cəlilabadda jurnalistin məhkəməsi başlayır

“Müxalifətçi jurnalist Zamin Hacı Facebook-dakı yazıya görə noyabrın 28-də Bakı polisinə çağırılıb. O, yazıda hakimiyyəti jurnalist qətllərinin üstünün açılmamasında, ölkədə sabitliyin olmamasında ittiham edib. Azərbaycan hakimiyyəti o qədər əmindir ki, hətta jurnalistlərin təqib metodlarını belə dəyişməyə cəhd göstərmir”, - Şərqi Avropa və Mərkəzi Asiya bürosunun üzvü Yohann Bir deyib.

“Biz Əfqan Sadıqov, Teymur Kərimov və Zamin Hacının təqib olunmasını pisləyirik. Beynəlxalq birlik hakim rejimin cəzasız hərəkət etməsinə icazə verməməli və Avropa İnsan Hüquqları Konvensiyasının sistematik pozulmasına son qoyulmasını tələb etməlidir”, - o əlavə edib.

Buna da bax:​ Kanal-13: Bunu azad mediaya qarşı ciddi basqı sayırıq

AzadlıqRadiosu və Amerikanın səsinin saytları

Bəyanatda xatırladılır ki, Azad Avropa/Azadlıq (RFE/RL) və “Amerikanın səsi” radiolarının veb-saytı noyabrın 28-dən dekabrın 2-dək bloklanması ilə bağlı məlumatlar var. Bu aparıcı saytlar hökumətin ünvanına tənqid səsləndirən azsaylı mənbələrdən biridir.

Bəyanatda həmçinin qeyd edilir ki, onlayn böhtana və təhqirə görə cəzanı sərtləşdirən iki qanunverici düzəlişi noyabrın 29-da parlament qəbul edib. Bundan sonra ləqəbdən istifadəyə ağırlaşdırıcı faktor kimi baxılacaq. Pozucular 1000 manatdan 1500 manatadək (540 avrodan tutmuş 810 avroya qədər) cərimə olunacaqlar.

Buna da bax:​ Zamin Hacı: 'Mən istəməzdim polis bu işlə məşğul olsun...'

Onlar həmçinin 380 saatadək icbari işə məhkum olunacaqlar və ya 2 ilədək azadlıqdan məhrum ediləcəklər. Əgər prezident təhqir olunubsa maksimum həbs müddətinin üç olacağı bildirilir.

Azərbaycan 2016-cı ildə World Press Freedom indeksi üzrə 180 ölkə arasında 163-cü yeri tutub. Prezident İlham Əliyev “mətbuat yırtıcıları” siyahısına daxil edilib.

Buna da bax:​ Azadlıq Radiosunun və 'Amerikanın səsi'nin saytları bloklanıb?

Azərbaycanın hakimiyyət orqanları isə jurnalistlərə peşə fəaliyyətlərinə görə təzyiq edilməsi fikrini qəbul etmirlər. Onlar bildirirlər ki, həbs edilən jurnalistlər sırf törətdikləri əmələ görə, məsuliyyətə alınıblar. Azərbaycanın hüquq mühafizə orqanları təcridxanalarda işgəncələrə yol verildiyi haqda şikayətləri də qəbul etmirlər.

Bundan başqa, Azərbaycan Rabitə və İnformasiya Texnologiya Nazirliyi indiyə qədər bəzi saytların blok edilməsi ilə bağlı şikayətləri əsaslı saymayıblar.

XS
SM
MD
LG