Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:15

Büdcə bəyənildi - indi qaldı prezident...


Artur Rasizadə
Artur Rasizadə

Azərbaycanın 2017-ci il üzrə dövlət və icmal büdcənin layihələrinin müzakirəsinə başlanıb.

Sentyabrın 22-də Nazirlər Kabinetində baş nazir Artur Rasizadənin sədrliyi ilə bununla bağlı toplantı keçirilib.

Bu barədə Nazirlər Kabinetinin saytı xəbər verir.

Neftin bir bareli 25 dollara endirildi.

Toplantıda həmçinin, qarşıdakı üç ildə icmal büdcənin göstəriciləri, 2017, 2018-ci il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri də müzakirə olunub.

Buna da bax:​ 2017-cı ilin dövlət büdcəsi layihəsi hazırlanıb

Məlumatda bildirilir ki, baş nazir büdcə layihəsi haqqında danışıb. O, qeyd edib ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla tərtib edilib.

Baş nazir büdcə layihəsi haqqında danışıb. O, qeyd edib ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla tərtib edilib.

“Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlüyü əsas götürülüb. Əhalinin maddi rifahının daim yaxşılaşdırılması, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusən qeyri-neft sektorunun inkişafına dəstək verilməsi kimi mühüm amillərə diqqət yetirilib”, baş nazir deyib.

Maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev mövzu ilə bağlı məruzə ediblər.

Müzakirələrin sonunda “2017-ci il üzrə dövlət, icmal büdcənin layihələri, sonrakı üç ildə icmal büdcənin göstəriciləri ” və “2017, 2018-ci il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri” bəyənilib.

Sonradan büdcəyə yenidən baxıldı. İkinci dəfə büdcənin gəlirləri 16 milyard 822 milyon, xərcləri isə 18 milyard 495 min manat məbləğində təsdiq edildi.

Büdcə zərfinə daxil olan sənədlər toplusu sonrakı mərhələdə prezidentə təqdim ediləcək.

Hələ ki, büdcə layihəsinin parametrləri haqda bilgi verilmir.

Ancaq bu günlər bəzi deputatlar 2017-ci ilin dövlət büdcəsində neftin bir barelinin 40 dollar götürülməsini təklif ediblər.

Buna da bax:​ Nazir: 'Bizim qonşularımız da neftin bir barrelini 40 dollardan götürüb'

2016-cı ildə dövlət büdcəsi iki dəfə qəbul edilib. 2016-cı ilin əvvəlki büdcəsində gəlirlər 14.5 milyard xərclər isə 16.2 milyard olmuşdu. O zaman neftin bir bareli 50 dollara götürülmüşdü.

Sonradan büdcəyə yenidən baxıldı. İkinci dəfə büdcənin gəlirləri 16 milyard 822 milyon, xərcləri isə 18 milyard 495 min manat məbləğində təsdiq edildi. Neftin bir bareli isə dəyişiklikdən sonra 25 dollara endirildi.

XS
SM
MD
LG