Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

CNN: Rusiya Sudandan gizli şəkildə qızıl daşıyır


Qızıl saxlanılan anbar, İngiltərə, 22 oktrabr 2008
Qızıl saxlanılan anbar, İngiltərə, 22 oktrabr 2008

Araşdırmaya görə, son il yarım ərzində Sudandan Rusiyaya yükü qızıl olan ən azı 16 təyyarə uçuşu olub

Rusiya gizli şəkildə Sudandan qızıl ixrac edir və bu başqa mallar, xüsusən də peçenye ixracı kimi sənədləşdirilir. Bu CNN-in apardığı araşdırmada üzə çıxıb.

Məlum olub ki, son il yarımda Sudandan Rusiyaya qızıl yüklənmiş ən azı 16 təyyarə göndərilib. Jurnalistlərin müxtəlif mənbələrdən aldıqları məlumatlara görə, Sudanın hərbi rəhbərliyi özü də qızılın ixracına imkan verən və bununla da ölkəni yüz milyonlarla dollar gəlirdən məhrum edən sxemdə iştirak edir.

Yazıda həm də qeyd olunur ki, Sudandan qızıl daşınması Putinin Ukraynadakı müharibə səylərini artırmaq üçündür.

CNN bildirir ki, 2021-ci ilin dövlət çevrilişində Moskvanın göstərdiyi yardım əvəzində Sudanın hərbi rəhbərliyi getdikcə daha çox rusiyapərəstləşib.

Sudan hərbi hökumətin prezidenti, general-leytenant Əbdül-Fəttah Burhan, Xartum, 4 iyun 2019
Sudan hərbi hökumətin prezidenti, general-leytenant Əbdül-Fəttah Burhan, Xartum, 4 iyun 2019

Araşdırmada təqaüddə olan ABŞ rəsmisinə istinadla qeyd olunur ki, çevriliş Rusiya tərəfindən məhz Sudan hakimiyyətində təbii ehtiyatlara maneəsiz çıxış əldə etmək üçün dəstəklənib.

O da vurğulanır ki, Moskva ilə Xartum arasında sövdələşmələrdə mühüm rolu Rusiya prezidenti Vladimir Putinə yaxın olan biznesmen (ona həm də "Putinin aşpazı" deyilir)Yevgeni Priqojin oynayır.

Yevgeni Priqojin
Yevgeni Priqojin
Yevgeni Priqojin hazırda ABŞ və AB-nin sanksiyaları altındadır. Onun şirkətlərinin, eləcə də onunla əlaqəli olduğu iddia edilən muzdlu döyüşçüləri idarə edən Vagner-in Afrika və xüsusilə Sudandakı fəaliyyəti barədə əvvəllər məlumat verilib. Bu qrup ilk dəfə 2014-cü ildə, Ukraynanın şərqində rusiyapərəst separatçıları dəstəklədiyinə görə diqqət mərkəzinə gəlib. O vaxtdan qrupun Suriya, Mozambik, Sudan, Mərkəzi Afrika ölkələrindəki fəaliyyəti haqda məlumatlar yayılıb.

CNN-in məlumatına görə, Sudanda Prigojin ilə əlaqəli olan M-invest şirkəti həm qızıl hasil edən, həm də təhlükəsizlik xidmətləri göstərən Meroe Gold şirkətinə aiddir.

"Dosye" Mərkəzinin məlumatına görə, Sudan qızılının ixracı ilə bağlı əməliyyatlara Vaqner PMC-nin yüksək rütbəli şəxslərindən biri kimi istintaqda adı keçən Aleksandr Kuznetsov (Ratibor və ya Radimir kimi tanınır) nəzarət edir.

Araşdırmada o da vurğulanır ki, Rusiyanın Sudana ekspansiyası Krımın ilhaqından az sonra başlayıb.

Qızıl tədarükü Qərbin sanksiyalarından yan keçmək üçün effektiv vasitə kimi qiymətləndirilir.

CNN bildirir ki, şərh üçün Rusiyanın Xarici İşlər və Müdafiə nazirliklərinə, həmçinin Priqojinin idarə etdiyi şirkətlər qrupuna müraciət olunsa da onlardan cavab almaq mümkün olmayıb.

XS
SM
MD
LG