Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:02

'Hakimiyyət hər fürsətdə qadağaları artırır'


Bakıda polis
Bakıda polis

İyunun 27-də Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyev bildirib ki, noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq işlərinin görülməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və s. məhdudiyyətlərin tətbiqi qaçılmazdır.

Azərbaycanda 2020-ci ilin martından quru sərhədlər bağlıdır. Bu, koronovirus pandemiyası ilə izah olunur. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı ötən il mayın 5-dən pandemiyanın başa çatdığını açıqlayıb.

İndi bəzi sosial şəbəkə istifadəçiləri sual edir: Bu məhdudiyyətlər əlavə azadlıqların məhdudlaşmasına xidmət etməyəcək ki?

Fazil Mustafa
Fazil Mustafa

"Təhlükəsizlik ən yuxarı səviyyədə olmalıdır"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, COP29 zamanı məhdudiyyətlərin tətbiqi anlaşılandır: "Beynəlxalq tədbir olacaq, xaricdən ən yuxarı səviyyədə, müxtəlif ölkələrin prezidentləri, baş nazirləri səviyyəsində qonaqlar gəlir. Belə vəziyyətdə təhlükəsizlik ən yuxarı səviyyədə olmalıdır".

Deputata görə də, infrastrukturla, onun mühafizəsi ilə bağlı müvəqqəti dəyişikliklər ola bilər: "Bu, normal bir anlayışla cəmiyyətə təqdim olunur. Bir sıra məsələlərdə dövlət qurumları da öz funksional fəaliyyətində COP29-un tələblərinə uyğun olaraq bəzi dəyişikliklər edəcəklər".

F.Mustafa hesab edir ki, dünyada qlobal beynəlxalq tədbirlərdə qoyulan qaydalar burada da tətbiq olunacaq.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Pandemiya gedişatında gördük ki…"

Siyasi şərhçi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hakimiyyəti hər dəfə əlinə düşən fürsətlərdən istifadə edərək cəmiyyətdə daha çox qapanmanı, məhdudiyyətləri, bəzi hallarda qadağaları artırır: "Biz pandemiya gedişatında gördük ki, bundan yararlanmağa çalışdılar və Azərbaycan cəmiyyətində azadlıqların məhdudlaşdırılması ilə bağlı müəyyən addımlar atıldı".

Onun fikrincə, adətən hakimiyyət bu tip tədbirlərdən məhz cəmiyyəti daha çox təcrid etmək, cəmiyyəti qapatmaq üçün bəhanə olaraq yararlanır: "Düzdür, böyük tədbir öncəsi təhlükəsizlik tədbirlərinin olması önəmlidir. Başqa-başqa xarici ölkələrdən çoxlu nümayəndələr gələcək. Amma Azərbaycanda istər kriminogen vəziyyət, istər digər təhdidlər ilə bağlı narahatlıq yoxdur".

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

XS
SM
MD
LG