Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:55

Bakıda İran azərbaycanlılarına demokratiya yolu göstərildi


►"Azərbaycan Qərblə bir yerdə olmalıdır"

Fevralın 12-də Bakıda Dünya Azərbaycanlıları Konqresinin (DAK) İran Azərbaycanı mövzusuna həsr edilən dinləmələri keçirilib.

Dinləmələrdə İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra yaranmış vəziyyətə də toxunulub. DAK sədri Sabir Rüstəmxanlı deyib ki, İran dünya ticarətinin tamhüquqlu subyekti olduqdan sonra milli hərəkatı əzmək fürsəti qazanır.

Ancaq natiqlərdən Nazim Cəfərsoy deyib ki, bu vəziyyətə həm də fürsət kimi baxmaq lazımdır. O qeyd edib ki, İranda azərbaycanlıların milli hərəkatı hələlik potensial gücdür və "kinetik güc"ə dönməyib:

“İran Qərblə yalnız nüvə məsələsində razılaşıb, amma mühüm olan daha iki məsələ var. Bunlardan biri geosiyasi iddialardır. Digəri insan haqları və demokratiya məsələsidir. Bu məsələdə İran-Qərb qarşıdurması davam edir. Bu da İrana müsbət heç nə vəd etmir” - deyə N. Cəfərsoy rəsmi Tehrana hərəkata münasibətdə sərt repressiyalara imkan verilməyəcəyini qeyd edib.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

"İkiqütblü düzən dağılıb"

Azad Aydınlar Partiyasının sədri Sülhəddin Əkbər isə deyib ki, artıq dünyada ikiqütblü düzən dağılır. Birqütblü düzənin yaranması isə hələ tam formalaşmayıb. Onun fikrincə, indi dünyada demokratik və qeyri-demokratik qüvvələr üz-üzə gəlir:

“İran, Azərbaycan öncə “demokratikləşmə imtahanı” verməldir” - deyə S.Əkbər bütün problemlərin həlli üçün bu yolu məqbul sayıb.

"Azərbaycan Qərblə bir sırada olmalıdır"

Müzakirələr zamanı fərqli fikirlər səslənsə də, hərəkatın qorunması və inkişaf etməsi məsələsində fikirlər birmənalı olub. Bununla yanaşı İranda azərbaycanlıların milli hərəkatının dünyada tanıdılmasının vacibliyi vurğulanıb.

Natiqlərə görə, istənilən halda Azərbaycan Qərb dünyası ilə bir sırada yer almalıdır . Bu mövqe İranda azərbaycanlıların milli hərəkatının taleyində mühüm yer tutacaq:

“Qərb birqütblü, Rusiya, Çin və İran çoxqütblü dünya düzəni yaratmaq istəyir. Milli maraqlarımız naminə biz Qərblə bir yerdə olmalıyıq”- deyə S.Rüstəmxanlı qeyd edib.

Təbrizdə kütləvi aksiyadan görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

XS
SM
MD
LG