Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:25

Deputatların yeni maaşları


Deputatsız qalan seçici prezidenti məhkəməyə verə bilər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Deputatsız qalan seçici prezidenti məhkəməyə verə bilər

Deputatlar öz maaşlarını artırırlar

Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihələrindən biri də deputatların maaş artımıdır. Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclis deputatının statusu haqqında" Qanuna dəyişiklik edilir. Dəyişiklikdən sonra deputatların vəzifə maaşı, nə az-nə çox, düz 43 faiz (753 manat) artmış olacaq. Adıçəkilən qanuna görə, deputatların maaşları Milli Məclis sədrinin maaşı təməlində hesablanır. Dəyişiklik təklifindən öncə parlament sədrinin aylıq vəzifə maaşı 2 min 475 manat idi. Yeni artımdan sonra bu məbləğ 3 min 550 manata yüksələcək.

Mövcud qanunlara görə, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alırdı. Deməli, dəyişiklikdən sonra parlamentdə heç bir başqa vəzifə tutmayan deputatın da aylıq vəzifə maaşı 2 min 485 manata yüksələcək.

Cədvəl: Deputatların maaş artımından əvvəl və sonra vəzifə maaşlarının miqdarı

Vəzifə

Artımdan öncə (manatla)

Artımdan sonra

Milli Məclisin sədri

2 min 475

3 min 550

Sədrin birinci müavini

2 min 227

3 min 195

Sədrin müavinləri

2 min 103

3 min 017

Komitə və komissiya sədrləri

1 min 980

2 min 849

Deputatlar

1 min 732

2 min 485

Onu da nəzərə almaq lazımdır ki, deputatların aylıq gəlirləri təkcə vəzifə maaşından ibarət deyil. Parlamentin üzvləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə də alırlar. Bundan başqa, deputatların deputatlıq yetkilərini gerçəkləşdirməklə bağlı xərclərin ödənilməsi üçün də vəzifə maaşlarının 50 faizi məbləğində vergidənazad aylıq pul təminatı var. Bu o deməkdir ki, Milli Məclisdə digər inzibati vəzifə tutmayan deputat hər ay 2 min 485 manat məbləğində vəzifə maaşı, bir o qədər məbləğdə vəzifə maaşına əlavə, daha 1 min 243 manat aylıq pul təminatı, toplamda 6 min 200 manata yaxın vəsait əldə edirlər. Aylıq maaş və əlavələrdən başqa, deputatlara nümayəndəlik yetkilərinin yerinə yetirilməsinə görə ildə bir dəfə ikiaylıq vəzifə maaşı məbləğində müavinət və ikiaylıq vəzifə maaşı məbləğində məzuniyyət müavinəti də ödənilir. Bu ödənişlərə əsasən, deputatlara ildə bir dəfə 4 min 970 manat birdəfəlik müavinət və bir o qədər də məzuniyyət müavinəti, yəni toplam 10 min manata yaxın əlavə vəsait ödəniləcək.

'Büdcəni talama, pulu ver balama' - Bakıda etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:10:38 0:00

Deputatların yetki müddəti başa çatdıqdan sonra da onlar bir müddət təminatlardan yararlana bilirlər. Belə ki, yetki müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il içində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində, yəni 1 min 988 manat müavinət ala biləcək.

Son açıqlanan göstəriciyə görə, hazırda ölkədə orta aylıq əməkhaqqı 825 manatdır. Bu o deməkdir ki, deputatların yeni aylıq gəliri ölkə üzrə orta aylıq əməkhaqqından təxminən 7.5 dəfə yüksək olacaq. Ölkədə muzdla çalışan əhalinin təxminən yarısının minimum əməkhaqqı səviyyəsində maaş aldığı yadda saxlansa, məlum olur ki, deputatların yeni aylıq gəlirləri minimum əməkhaqqını təxminən 20 dəfə üstələyəcək.

Sığorta ödənişləri də artır

Deputatların sosial təminatları arasında onların həyat sığortası da var. Qanuna görə, deputatlar 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. Deputatların vəzifə maaşı artdığından sığorta məbləği də çoxalacaq. Bu baxımdan, artıq deputatlar vəfat etdikəri təqdirdə, ən azı, 149 min manat, əlil olduqda isə, əlillik dərəcəsindən asılı olaraq, ən azı, 90 min -120 min manat sığorta ödənişi əldə edəcək. Deputatlara ağır xəsarət aldıqları hallarda 30 min manata, yüngül xəsarət aldıqları hallarda 7 min 500 manata yaxın sığorta məbləği ödəniləcək.

Deputatların qəbuluna gələnlər: 'Köməkləri dəymir, qalırıq vay-naçar'
Gözlə

No media source currently available

0:00 0:06:55 0:00

Vəzifə maaşı və pul təminatlarından əlavə deputatlar Bakıdan kənara səfərə çıxdıqda nəqliyyatla təmin edilirlər. Bakı və Sumqayıt, eləcə də Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputatlar yetkiləri müddətində xidməti mənzillə təmin edilir, bu mümkün olmasa, onlara Azərbaycan Respublikası Milli Məclisinin müəyyənləşdirdiyi qayda və məbləğdə pul təminatı verilir. Deputat fəaliyyətinin təmin edilməsi üçün onların köməkçilərinin də olması nəzərdə tutulur. Deputat köməkçiləri də dövlət büdcəsi hesabına saxlanılır.

XS
SM
MD
LG