Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:44

Qafqaz Müsəlmanları İdarəsinin rolu məhdudlaşdırılır


Fevralın 1-də Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər layihəsini birinci oxunuşda qəbul edib

Bugün, fevralın 1-də Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər layihəsini birinci oxunuşda qəbul edib.

“Turan” agentliyinin xəbərinə görə, dəyişikliklər dini icmaların qeydiyyatı, onların rəhbərlərinin təyini, həmçinin, məscid və ziyarətgah rəhbərlərinin təyin edilməsi, ianələrin qəbulu qaydalarına aiddir.

Yeniliklərdən biri də müsəlman dini icmalarının qeydiyyatına aiddir. İndiyədək Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə icmaların qeydiyyatı barədə təqdimat verib. Bundan sonra Dövlət Komitəsi özü qeydiyyatla bağlı qərarlara baxacaq və onları qəbul edəcək.

Qafqaz Müsəlmanları İdarəsi hələ yanvarın 27-də verdiyi bəyanatında bu yenilikləri dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində islahatların davamı kimi qiymətləndirib.

XS
SM
MD
LG