Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:02

İqtisadçıdan bədbin proqnoz: «Yoxsulluq artacaq»


Arxiv fotosu
Arxiv fotosu

.-

İqtisadçı ekspert Elxan Mikayılov deyir ki, yaxın 6 ay üçün iqtisadi proqnozlar bədbin olacaq. Ekspert bildirir ki, neftin qiymətinin indiki aşağı səviyyəsində manatın üzən məzənnə ilə tənzimlənməsinə keçid qaçılmaz olacaq:

«Bunun nəticəsində dolların manata nisbətən məzənnəsinin 1.5-2 manata qalxması realdır. Kəskin qiymət artımları və yüksək inflyasiya mümkündür. Həmçinin, əhalinin yoxsulluq səviyyəsi yüksələcək».

Elxan Mikayılov əlavə edir ki, büdcə xərclərinin azaldılması ilə dövlət investisiyalarından ciddi asılı olan tikinti sektorunun çökməsi gözləniləndir: «Nəticədə ÜDM -in artım tempinin aşağı düşməsi və bu sektorda işsizlərin kəskin artımı baş verəcək».

İşsizlik 15 faizə, yoxsulluq 20 faizə qalxa bilər

İqtisadçı ekspert baş verəcəkləri sadalayır:

- Növbəti devalvasiya nəticəsində 10 bankın bağlanması və bunun nəticəsində zəncirvari effektlə iqtisadiyyatda ciddi problemlərin yaranması;

- Depozitlərin geri ödənilə bilməməsi, problemli kreditlərin kəskin artması;

- İqtisadi aktivliyin aşağı düşməsi, büdcə və vergi daxilolmalarının azalması nəticəsində büdcə gəlirlərinin proqnozlaşdırılan həddən də aşağı olması;

- Dövlət sektorunda ciddi ixtisarların aparılması və bu sahədə də işsizliyin səviyyəsinin artması;

- Devalvasiya nəticəsində qiymətlərin yüksəlməsi, işsizliyin artması, xaricdən pul köçürmələrinin azalması, borc öhdəliklərinin yüksəlməsi nəticəsində əhalinin gəlirlərinin azalması və nəticədə sosial durumun kəskin pisləşməsi;

- İşsizliyin səviyyəsinin 15 faizə, yoxsulluğun səviyyəsinin 15-20 faizə qalxması;

- Tədiyyə balansında son illərdə ilk dəfə mənfi saldonun yaranması və valyuta böhranı;

- Beynəlxalq borc öhdəliklərinin yerinə yetirilməsində çətinlik və nəticədə Dövlət Neft Fondunun ehtiyat vəsaitlərinin istifadəsi.

XS
SM
MD
LG