Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:21

Azərbaycanın daxil olduğu regionda daha 700 min ölüm qeydə alına bilər


Avropa və Mərkəzi Asiyada koronavirusdan ölüm sayı mart ayınadək 2 milyon 200 mini keçə bilər

Avropa və Mərkəzi Asiyada koronavirusdan ölüm sayı mart ayınadək 2 milyon 200 mini keçə bilər.

Bu isə həmin müddətdə daha 700 min nəfərin koronavirusdan ölməsi deməkdir.

Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional ofisi noyabrın 23-də bildirib ki, bu, bir çox ölkələrdə daha yoluxucu Delta variantının geniş yayılması ilə bağlıdır.

CNBC yazır ki, bu proqnozun verildiyi vaxtda 53 ölkədə COVID ölümlərinin sayı 1.5 milyonu keçmişdi.

DST bildirir ki, hazırda Avropa və Mərkəzi Asiyada koronavirus ölümlərinin əksəriyyəti Delta variantının payına düşür.

Hazırda bu regionda gündəlik ölüm az qala 4100-dür.

DST-nin Kopenhagendə mənzillənmiş regional ofisinin fəaliyyəti Avropadan başqa, habelə İsrail, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və Mərkəzi Asiya ölkələrini də əhatə edir.

“Vaksin plyus” yanaşması

DST-nin Avropa regionu üzrə direktoru doktor Hans Henri Klüge deyib ki, “biz əgər virusla yanaşı gündəlik həyatımızı davam etdirmək istəyiriksə “vaksin plyus” yanaşmasından çıxış etməliyik:

“Bu isə standart dozada vaksinlənmək, təklif olunarsa, üçüncü, buster dozanı da vurdurmaq, profilaktik tədbirlərə əməl etmək deməkdir”.

DST bildirir ki, infeskiyaların belə geniş yayılmasına səbəb Delta ştammının daha yoluxucu olması ilə yanaşı, həm də sözü gedən regionda vaksinasiya faizinin aşağı olmasıdır.

DST bundan əvvəl xəbərdarlıq etmişdi ki, bu qış yoluxmalar kəskin arta bilər.

Klüge habelə insanları karantin elan olunmasına, iqtisadiyyatın durğunlaşmasına şərait yaratmamağa, maskadan istifadə etməyə və sosial məsafə saxlamağa çağırıb.

DST habelə region hökumətlərini yaşı 60-dan yuxarı əhalini buster dozası ilə təmin etməyə çağırıb.

Çarpayı çatışmaya bilər

Təşkilat xəbərdarlıq edir ki, sözü gedən 53 ölkədən 49-nun xəstəxanaları və reanimasiya şöbələri çarpayı, avadanlıq və dərman çatışmazlığına görə bütün xəstələri qəbul etməmək durumuna gələ bilər.

Bu problemin xüsusən də 25 ölkədə son dərəcə kəskin ola biləcəyi gözlənilir.

Regionda infeksiyalar sentyabrın ortalarından sürətlə yayılmağa başlayıb. O vaxt DST bir həftə ərzində 1.1 milyon yeni yoluxma qeydə almışdı.

Noyabrın 21-dək olan 1 həftə ərzində isə artıq toplam 2.4 milyon yoluxma qeydə alınıb.

Bu, eyni dövrdə bütün planet üzrə yoluxmaların 67 faizi deməkdir.

Almaniyada ötən bazar ertəsi bir həftə ərzində yoluxmaların 51 min nəfəri əhatə etdiyi xəbər verilib.

Rusiya həmin müddət ərzində 1218 COVID ölümü qeydə alıb. Bu, hər iki ölkə üçün rekord göstəricilərdir.

Avstriya infeksiyaların tüğyan etməsinə görə ümumölkə karantini elan edib. Hökumət bildirib ki, tam karantin 20 gündən çox davam etməyəcək.

XS
SM
MD
LG