Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

Gürcüstanda məmurlar işdən kənarlaşdırıldı - Əfqan Muxtarlıya görə


Əfqan Muxtarlı Bakıda məhkəməyə gətirilərkən
Əfqan Muxtarlı Bakıda məhkəməyə gətirilərkən

Gürcüstanda Dövlət Sərhər Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşkiyyat idarəsinin rəhbərləri azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı vəzifələrindən kənarlaşdırılıblar.

Bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrishvili iyulun 20-də Əfqan Muxtarlının işi üzrə istintaqa dair keçirdiyi brifinqdə məlumat verib. Nazir bildirib ki, sözgüdən işlə bağlı Daxili İşlər nazirliyi Təhlükəsizlik nazirliyi ilə birlikdə araşdırma aparıb.

***Buna da bax-Yaxınları Əfqan Muxtarlı ilə görüşə bilmir

«İctimaiyyətdə istintaqın obyektivliyi ilə bağlı hər hansı tərəddüd olmamalıdır. Ona görə də Təhlükəsizlik nazirliyi ilə birgə belə qərara gəldik ki, sərhəd xidmətinə və əks-kəşfiyyata cavabdeh olan şəxsləri istintaq gedən müddətdə işdən uzaqlaşdıraq. Biz əməkdaşlarımızın bu işdə iştirakının olmadığına əminik, amma istintaq hər hansı versiyanı istisna edə bilməz. İstənilən halda müəmmalı şəkildə sərhəd qaydaları pozulub, ona görə də belə bir qərar qəbul olundu. Həmin məmurların müvəqqəti uzaqlaşdırılması bu işdə əsassız yozumlara yol açılmaması üçün çox mühüm addımdır».

Nazir onu da bildirib ki, istintaq müddətində 46 videoyazı araşdırılıb:

***Buna da bax-Muxtarlının xanımı gürcü polisinin araşdırmalarından narazıdır

“Yalnız kameraların birində Əfqan Muxtarlı olduğu güman edilən ağ köynəkli birinin 4 nömrəli mikroavtobusa mindiyi görünür. Həmin marşrutda çalışan bütün sürücülər dindirilib və bildiriblər ki, hadisə baş verən gün – mayın 29-u marşrut hərəkət etdiyi yol boyu qeyri-adi heç nə baş verməyib”.

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00



Nazirin dediyinə görə, həmin vaxt müvafiq küçələrdə olan onlarla şəxslər – dayanacaqda çalışanlar, taksi sürücüləri, ticarətçilər və s. dindiriliblər və hər kəs kimə qarşısa zor tətbiq olunması halının şahidi olmadığını deyib. Əlavə edib ki, iş üzrə şahid qismində dindirilən 343 nəfərdən 61 polis əməkdaşı olub və onlar da həmin tarixdə hər hansı bir şübhəli halın baş vermədiyini bildiriblər.

Daxili işlər nazirliyi iyulun 20-də rəsmən elan edib ki, Əfqan Muxtarlının müəmmalı şəkildə Tbilisidən Bakıya aparılması işini araşdırmaq üçün Gürcüstanın Baş Prokurorluğuna təhvil verib.

Baş Prokurorluq da öz növbəsində bildirib ki, işi araşdıracaq.

***Buna da bax-Deputat: 'Əfqan Muxtarlı gətiriləndə burnumu qanayıb?'

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

XS
SM
MD
LG