Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:05

Artıq Facebookda iqtisadi şərh vermək də təhlükəlidi


►“Nikoil Bank” hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənovu məhkəməyə verib

“Bankın iddiası o qədər cəfəngdi ki, məhkəmə bu cür iddianı heç qəbul da etməməlidi”.

Hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov belə deyir.

Söhbət “Nikoil Bank”dan gedir. Bu bank Əkrəm Həsənovu sosial şəbəkədə yaydığı fikrinə görə məhkəməyə verib. Ondan və onun statusunu dərc edən 10-dan çox media orqanının birindən - Aznews.az portalından 35 min manat tələb edir.

Bankın bu iddiasına səbəb ekspertin 24 avqust tarixində Facebookda “Əmanətimi hansı banka qoyum?” adlı paylaşımıdır. Bank hesab edir ki, bu yazı onun işgüzar nüfuzunu ləkələyərək, ona zərər vurub, nəticədə əmanətçilər əmanətlərini çıxarmağa başlayıb və bu proses indi də davam edir.

Sözügedən yazının əsas mahiyyəti ondan ibarət olub ki, banklara əmanət qoymaq təhlükəlidir. Ən təhlükəli banklar qismində isə Rusiyaya mənsubluq meyarına görə VTB və “Nikoil Bank” göstərilib.

Buna da bax: Birgə İşçi Qrupdan Avropa Şurasına cavab

“TƏKZİB VERDİM, AMMA...”

Əkrəm Həsənov
Əkrəm Həsənov

Əkrəm Həsənov paylaşımından bir həftə sonra bankdan məktub aldığını deyir:

Hesab edirəm ki, bankın atdığı bu addım konstitusiya ilə mənə verilən fikir azadlığını məhdudlaşdırmağa bir cəhddir.

“Bir həftə sonra “Nikoil”dan məktub aldım. Bank təkzib verməyimi istəyirdi. And-aman edirdi ki, Rusiya bankı deyil və 3 səhmdarının hamısı yerli hüquqi şəxslərdir. Bilmirəm, həmin 3 şəxsin sahibləri kimdir, amma bankın idarəetmə orqanlarının əksər əməkdaşları Rusiya vətəndaşlarıdır. Bununla belə, düşündüm ki, əgər “Nikoil Bank” özünü rus bankı hesab etmirsə, təki elə olsun. Buna görə də 31 avqust tarixində Facebookda “VTB Azərbaycanda yeganə Rusiya bankı imiş” adlı yeni yazı ilə təkzib verdim. Amma görünür, banka mənim təkzibim lazım deyilmiş, çünki buna baxmayaraq, yenə məhkəməyə müraciət etdi”.

Buna da bax: "Bir aftafa su tapmırıq..."

“FİKİR AZADLIĞIMI MƏHDUDLAŞDIRMAĞA CƏHDDİR”

Məhkəmə prosesi (Yasamal Rayon Məhkəməsində) oktyabrın 12-nə təyin olunub. Əkrəm Həsənov deyir ki, ilk iclasda ilk aydınlaşdırmaq istədiyi məsələ onun fikrinə görə niyə internet portalın da məhkəməyə verilməsi məsələsidir. Ekspert yaranan durumu fikir azadlığına zərbə hesab edir:

“Hesab edirəm ki, bankın atdığı bu addım konstitusiya ilə mənə verilən fikir azadlığını məhdudlaşdırmağa bir cəhddir. Mən öz fikrimi bildirməkdə azadam və fikrimi bildirəndə bank haqqında düzgün olmayan məlumat verməmişəm. Demişəm ki, bank Rusiyanındır, bank da deyir ki, yox, səhmdarlarım azərbaycanlıdır, amma mən məhkəmədə tələb edəcəm ki, bank onda Rusiya kapitalının olmamasını sübut etsin. Bu, hesablanmış addım da ola bilər. Çünki fevral devalvasiyasından sonra mətbuatda çox çıxış etmişəm, bankları tənqid etmişəm. Mənim kimi digər ekspertlər də belə fikirlər irəli sürüblər. Bu, həm də ona hesablanıb ki, ekspertlər qorxsunlar, çəkinsinlər ki, məhkəmələr onları fikirlərinə görə cərimələyər. Həm də KİV-ləri də bir növ qorxuzurlar ki, “baxın, belə fikirləri versəz, sabah buna görə siz də cərimələnə bilərsiz”.

Məsələ ilə bağlı “Nikoil bank”dan münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Bank nə telefon zənglərinə, nə də email, online müraciətə cavab vermir.

Amma bankın öz internet səhifəsindəki məlumatlarda da səhmdarlar arasında Rusiya vətəndaşının olmasına dair məlumata rast gəlinməsə də, müşahidə şurası, audit komitəsi, idarə heyəti üvzləri arasında Rusiya vətəndaşlarının adlarını görmək mümkündür. Bankın loqosu da Rusiyanın böyük banklarından biri – “Uralsib” bankının loqosunun eynidir.

Natiq Cəfərli
Natiq Cəfərli

Ekspert də ümid edir ki, bank məhkəmədə Rusiya Federasiyası ilə bağlılığının olmadığını və onun bununla bağlı yaydığı fikrinin yanlış olduğunu faktlarla sübut edəcək.

Buna da bax: Burda yay-qış uzunboğaz çəkmə geyirlər

“SAVADSIZ” SÖZÜNƏ GÖRƏ...

İqtisadi siyasətlə bağlı bizim fikirlərimiz, görünür, çox qıcıq yaradır.

Əkrəm Həsənov son günlər sosial şəbəkədə ekspert kimi yaydığı fikrinə görə məhkəməyə verilən yeganə şəxs deyil. Bu günlərdə eyni durumla həm də iqtisadçı ekspert, REAL hərəkatının icra katibi Natiq Cəfərli də üzləşib. Onu statusuna görə məhkəməyə keçmiş maliyyə naziri Fikrət Yusifov verib. İddia edir ki, Natiq Cəfərli onun şərəf və ləyaqətini alçaldır:

Natiq Cəfərli:

"“Facebook”da paylaşdığım statusda onun heç adını belə çəkməmişəm, sadəcə paylaşdığı fikirlərin şərhini vermişəm və bu fikirlərin sahibini “savadsız” adlandırmışam. O da bunu şərəf və ləyaqətinin təhqiri kimi qəbul edib. Söhbət Azərbaycanda qeyri-neft sektorunun inkişafı, bu sahənin hətta neft sektorundan da ciddi şəkildə ölkə iqtisadiyyatına müsbət təsirindən gedirdi. Mən də rəsmi rəqəmlərlə göstərmişdim ki, həm ümumdaxili məhsulun formalaşmasında, həm xarici ticarətdə, həm də büdcənin formalaşmasında neft faktoru dominant rol oynayır. Bildirmişdim ki, qeyri-neft sektoru adı altında insanların fikrini yayındırmaq doğru deyil. “Savadsız” sözü də işlətmişdim deyə, ona görə maddi və mənəvi təzminat ərizəsi verib”.

Natiq Cəfərli də hesab edir ki, son vaxtlar müstəqil ekspert rəylərinə qarşı bir basqı hiss olunur:

“İqtisadi siyasətlə bağlı bizim fikirlərimiz, görünür, çox qıcıq yaradır. Çünki hökumətin və ya hökumətə yaxın dairələrin, “ekspertlər”in gətirə biləcəyi arqumentləri bizim arqumentlər, rəqəmlər alt-üst edir. Bəlkə də bu məhkəmələrə müraciətlər ona xidmət edir ki, iqtisadi fikirlərə qarşı arqumentlər olmasın və rəsmi mövqe cəmiyyətdə hegemon olsun”.

Buna da bax: Nobeli belaruslu yazar Svetlana Aleksieviç aldı

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Keçmiş maliyyə naziri Fikrət Yusifov isə AzadlıqRadiosuna açıqlamasında bu addımının ekspertlərə qarşı basqı kimi dəyərləndirilməsinin yanlış olduğunu deyir:

Facebook-da yazdığını iki cür yaya bilərsən, əgər hamı oxuya biləcəyi şəkildə yayırsansa, onda bu, KİV-də yaymağa bərabərdir və doğrudan da problem yarada bilər.

“O mənim yazıma münasibət bildirərək “Facebook” səhifəsində məni təhqir edib. Mən bu adamı həyatda tanımıram. Əgər ekspert kimi mənim yazımda qoyulan fikirləri təkzib etmək fikri var idisə, təkzib edərdi və ya dialoq qurardıq. Təhqir etmək nəyə lazım idi? O mənə “savadsız” deməklə ala biləcəyim layihələrlə bağlı gördüyüm işlərə maneçilik törədib”.

Fikrət Yusifovun iddiasına oktyabrın 14-də Yasamal rayon Məhkəməsində baxılacaq.

Facebook-da yazılana görə adamı məhkəməyə vermək olarmı? Media hüquqları eksperti Ələsgər Məmmədli AzadlıqLive-a deyir ki, Azərbaycan qanunvericiliyinə edilən dəyişiklikdən sonra bu mümkün olub. İnternetdə, o cümlədən Facebook-da yazılan yazı KİV-də çıxan yazı kimi məhkəməyə verməyə əsas ola bilər.

Onda belə çıxır ki, təkcə ekspert yox, adi Facebook istifadəçisi də ehtiyatlı olmalıdır? Ələsgər Məmmədli deyir ki, Facebook-da yazdığını iki cür yaya bilərsən, əgər hamı oxuya biləcəyi şəkildə yayırsansa, onda bu, KİV-də yaymağa bərabərdir və doğrudan da problem yarada bilər.

Bəs bu,ifadə azadlığı prinsipini pozmurmu? Ekspert deyir ki, pozur.

Ad çəkilməyən yazı konkret şəxsə təhqir sayıla bilərmi? - bu kimi suallara Ələsgər Məmmədlinin cavabları.

Gözlə

No media source currently available

0:00 0:09:09 0:00
Direct-ə keçid

XS
SM
MD
LG