Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:22

Yanvardakı artımlar üç aya necə 'əridi'


"Ətin qiyməti bir azdan 20-25 manat olacaq"
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

"Ətin qiyməti bir azdan 20-25 manat olacaq"

Bu ilin əvvəlində Azərbaycanda minimum əməkhaqqı və pensiyalar artırılmışdı. Minimum əməkhaqqının 300 manatdan 345 manata çatdırılması ölkədə 700 min nəfərin – bütün muzdla çalışanların 40 faizinin maaşında artım doğurdu. Bəs bu artım insanların gerçək gəlirində necə əksini tapdı?

Sosial ödənişlər çıxılandan sonrakı gəlirlər

Minimum əməkhaqqının 45 manat artırılması heç də vətəndaşların maaşının 345 manat olması demək deyil. Axı işçilər hər ay öz maaşından vergi və digər sosial ödənişlər ödəyirlər. Azərbaycanda 345 manat "gross" (heç bir faiz tutulmayan) əməkhaqqı alan işçi dövlət və özəl neft sektorunda çalışırsa, hər ay öz maaşından 20 manat 30 qəpik gəlir vergisi, 10 manat 35 qəpik DSMF ödənişi, 1 manat 73 qəpik işsizlikdən sığorta haqqı, 6 manat 90 qəpik icbari tibbi sığorta haqqı ödəyir. Beləcə, işçinin "gross" əməkhaqqının 39 manat 27 qəpiyi müxtəlif ödənişlərə gedir. Net əməkhaqqı 305 manat 73 qəpiyə düşür.

Minimum maaş artırılmadan öncə, yəni 300 manat olduğu zaman işçilərin əmək haqlarından 30 manat 50 qəpik sosial ödənişlərə gedirdi. Beləcə, o zaman işçilər net 269 manat 50 qəpik maaş alırdı. Bu baxımdan, aydın olur ki, minimum əməkhaqqının 45 manat artırılması dövlət sektorunda çalışan işçilərin net əmək haqlarında 36 manatlıq artım doğurur.

Özəl sektorda çalışanlar üçünsə 345 manatlıq "gross" əməkhaqqı dövlət sektoruna nisbətən daha çox gəlir deməkdir. Axı 2019-cu ildən bəri Azərbaycanda özəl sektorda çalışanların əmək haqları 7 il müddətinə gəlir vergisindən azad edilib. Deməli, özəl sektorda çalışan və 8 min manatadək maaş alan şəxslər hazırda gəlir vergisi ödəmirlər. Əvəzində belə şəxslərin DSMF ödənişləri dövlət sektorunda çalışanlarla müqayisədə daha yüksəkdir. Bu baxımdan, hazırda özəl sektorda çalışan və minimum əməkhaqqı qədər maaş alan işçilər hər ay 20 manat 50 qəpik DSMF ödənişi, 1 manat 73 qəpik işsizlikdən sığorta haqqı, 6 manat 90 qəpik icbari tibbi sığorta haqqı ödəyir. Beləcə, onlar maaşdan toplam 29 manat 12 qəpik ödəniş etdikdən sonra net 315 manat 88 qəpik maaş alırlar. Minimum əməkhaqqı 300 manat olarkən özəl sektorda çalışanların net maaşları 276 manat 50 qəpik idi. Deməli, minimum əməkhaqqının 45 manat artırılması özəl sektorda çalışanların net maaşlarını 39 manat artırıb.

Bəs qiymətlər nə qədər artıb?

Son illər Azərbaycanda kəskinləşən qiymət artımları 2023-cü ildə də yüksək sürətini azaltmayıb. Bu ilin ilk üç ayının nəticəsinə görə, ölkədə inflyasiya göstəricisi 13.8 faiz - Mərkəzi Bankın hədəf diapazonundan (2-6 faiz aralığı) iki dəfədən çox olub. Əhalinin xərclərinin yarısından çoxunu aparan qida məhsulları üzrə bahalaşma isə daha yüksək – 17.8 faizdir.

Cədvəl: Əhalinin qida rasionuna daxil olan 36 adda məhsulun son 1 ildə orta bazar qiymətindəki dəyişikliklər

Məhsulun adı

Ölçü vahidi

31.03.2023

31.03.2022

Fərq

Bahalaşma

Baş soğan

1kq

1,43

0,8

0,63

79%

Badımcan

1kq

4,39

2,56

1,83

71%

Kartof

1kq

1,50

1,14

0,36

31%

Alma

1kq

1,85

1,51

0,34

23%

Xiyar

1kq

3,68

3,01

0,67

22%

Qarğıdalı yağı

1 litr

7,42

6,07

1,35

22%

Süfrə marqarini

1kq

5,84

4,8

1,04

22%

Yumru düyü

1kq

2,85

2,34

0,51

22%

Günəbaxan yağı

1 litr

5,56

4,63

0,93

20%

Şokolad

100 qr

2,07

1,73

0,34

20%

Mal əti

1kq

13,53

11,3

2,23

20%

Makaron

1kq

2,64

2,21

0,43

19%

Spagetti

1kq

2,74

2,3

0,44

19%

Çörək

1kq

2,04

1,73

0,31

18%

Çay

500 qr

12,66

10,84

1,82

17%

Konfet

1kq

12,26

10,51

1,75

17%

Yumurta

10 ədəd

2,07

1,79

0,28

15%

Uşaq qidaları

500 qr

12,84

11,13

1,71

15%

Şəkər tozu

1kq

1,86

1,62

0,24

15%

Toyuq budu

1kq

4,68

4,09

0,59

14%

Qənd

1kq

2,73

2,39

0,34

14%

Mal ciyəri

1kq

8,38

7,36

1,02

14%

Pendir

1kq

18,33

16,13

2,20

14%

Limon

1kq

3,03

2,67

0,36

14%

Zeytun yağı

1litr

15,36

13,57

1,79

13%

Mal ətindən farş

1kq

12,79

11,36

1,43

13%

Sosis

1kq

13,83

12,45

1,38

11%

Qoyun əti

1kq

14,38

12,96

1,42

11%

Tomat pastası

1kq

5,40

4,87

0,53

11%

Kolbasa

1kq

17,63

15,93

1,70

11%

Toyuq əti

1kq

5,83

5,28

0,55

10%

Qatıq

1 litr

2,58

2,35

0,23

10%

Uzun düyü

1kq

4,57

4,18

0,39

9%

Uşaq qidası üçün quru süd qarışığı

1kq

40,98

37,77

3,21

8%

Pomidor

1kq

4,23

3,93

0,30

8%

Kərəyağı

1kq

19,87

18,58

1,29

7%

Cəmi

293,84

257,89

35,95

Cədvəldən göründüyü kimi, əhalinin qida rasionunda önəmli yer tutan 36 adda məhsuldan oluşan səbətin orta qiyməti (ötən ilin ilk üç ayının sonunda) 258 manat olub. Bu il həmin rəqəm 294 manata yüksəlib. Bu da bir il ərzində 36 manat artım deməkdir. Unutmaq olmaz ki, müstəqil ekspertlər Azərbaycanda inflyasiyanın hökumətin açıqladığı göstəricidən daha yüksək olduğunu düşünürlər. Digər tərəfdən, bu məhsulların bəzisini ayda bir dəfədən çox almaq lazım gəlir. Bütün bunları nəzərə alanda əhalinin qida və ərzaq xərclərinin 36 manatdan da çox olduğu üzə çıxır.

Digər tərəfdən, 2023-cü ildə minimum əməkhaqqı artımlarından sonra ictimai nəqliyyatda gedişlər bahalaşıb. Məsələn, fevralın 1-dən Bakıda avtobus və metrolarda daşıma haqqı 30 qəpikdən 40 qəpiyə yüksəldilib. Bu isə o deməkdir ki, hər gün, heç olmasa, iki dəfə ictimai nəqliyyatdan yararlanan şəxsin aylıq nəqliyyat xərci, ən azı, 6 manat artıb.

Beləcə, məlum olur ki, bu il ölkədə minimum əmək haqları ötən illə müqayisədə dövlət sektorunda çalışanlar üçün 36 manat, özəl sektorda çalışanlar üçün 39 manat artıb. Ancaq son bir il ərzində insanların təkcə aylıq qida və nəqliyyat xərcləri, ən azı, 40 manat çoxalıb. Bu da o deməkdir ki, əməkhaqqı artsa da, insanların gerçək gəlirləri ötən illə müqayisədə daha da aşağı düşüb. Başqa deyimlə, inflyasiyanın yeminə çevrilib.

XS
SM
MD
LG