Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:26

"Rusiyanın Ermənistana silah satması Türkiyəyə qarşı yönəlib"


Rusiyanın Ermənistana satdığı "Smerch"in raketləri
Rusiyanın Ermənistana satdığı "Smerch"in raketləri

►ABŞ diplomatı Ermənistanı tənqid edir: "Bu, NATO-nu təhdid edən xəncərdir"

"Ermənistanı niyə qınamırıq?"

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin keçmiş müavini, ABŞ-ın Bəhreyndəki keçmiş səfiri Adam Ereli "Forbes" jurnalında dərc edilmiş məqaləsində yazır ki, Rusiya ilə Ermənistan arasında bağlanmış hava hücumundan müdafiə sazişi Rusiyanın Ermənistanda hərbi iştirakını artırmaq məqsədi güdür.

Onun sözlərinə görə, bu, "Putinin Rusiyanın orbitində fırlanan, NATO ilə həmsərhəd olan ölkədən ABŞ-ın dəyərli müttəfiqi sayılan Türkiyəyə təhlükə yaratmaq cəhdi"dir.

Müəllif yazır ki, Ermənistanda hərbi iştirakın artırılması Putinin regionda hegemonluğu üçün əsas elementlərdən biridir.

Adam Ereli iddia edir ki, son yarım ildə "Rusiya silahlarının və hərbçilərinin Ermənistana axını artıb".

Söhbət əsasən "Navodçik-2" və "Taxion" pilotsuz aparatlarından, Mi-24 hərbi helikopterlərindən və "İskander-M" qitələrarası raketlərindən gedir.

Hazırda Ermənistanda 5 min rus hərbi qulluqçusu və iki hərbi bazası var. 2010-cu ildə iki ölkə Rusiya hərbi bazasının Ermənistanda yerləşmə müddətinin 2044-cü ilə qədər uzadılması və Rusiyanın Ermənistana müasir silah və hərbi texnika satması barədə saziş imzalayıblar.

"Biz niyə Türkiyəyə qarşı, demək olar ki, açıq-aşkar təcavüzün qarşısında susuruq? Və niyə biz Putinin hücum silahlarına "qucaq açdığı" üçün Ermənistanı qınamırıq?" deyə Ereli soruşur. Diplomat əmindir ki, Türkiyə "İŞİD-lə qlobal mübarizədə əsas müttəfiqdir və ABŞ-ın başçılıq etdiyi koalisiyada İŞİD-in strateji mövqeləri yaxınlığında bazaları olan az sayda ölkədən biridir."

"Ermənistan ABŞ-ın üç əsas müttəfiqi ilə - Gürcüstan, Azərbaycan və Türkiyə ilə həmsərhəddir. Ermənistan-Rusiya alyansı möhkəmləndiyi müddətdə Rusiyanın Ermənistanda hərbi iştirakı NATO-nun ürəyi üzərində qaldırılmış xəncərdir," deyə diplomat yazır.

Adam Ereli əmindir ki, ABŞ rəhbərliyi Rusiya ilə güc mövqeyindən danışıq aparmalı olduğu halda Putinin açıq-aşkar güc nümayişi ilə barışır.

"XX əsrin tarixi bizi öyrədir ki, bunun axırı yaxşı qurtarmayacaq," deyə keçmiş yüksək rütbəli diplomat nəricə çıxarır.

Buna da bax...

Putinə ordu göndərmək səlahiyyəti verildi
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

XS
SM
MD
LG