Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:53

Paşinyan 16 hərbçinin itkin düşdüyünü deyir


İllüstrativ foto
İllüstrativ foto

Paşinyan iddia edib ki, Azərbaycan müxtəlif bəhanələrlə meyitlərin qaytarılmasını uzadır

Sentyabrın 13-də Azərbaycanla sərhəddə baş vermiş toqquşmadan sonra 16 erməni hərbçi itkin sayılır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu noyabrın 10-da keçirilən hökumət müşavirəsində baş nazir Nikol Paşinyan deyib.

O əlavə edib ki, bu əsgərlərin meyitləri Azərbaycanın nəzarətində olan ərazilərdədir.

Paşinyan: "Azərbaycan Laçın dəhlizini bağlamaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Paşinyan iddia edib ki, Azərbaycan müxtəlif bəhanələrlə meyitlərin qaytarılmasını uzadır:

“Birinci Qarabağ Müharibəsində erməni tərəfindən itkin düşənlərin sayı 777 nəfərdir və 44 günlük müharibədə daha 203 nəfər itkin düşüb. Bizim hətta 13 sentyabrdan 16 itkinimiz var. Onların meyitləri Azərbaycanın nəzarətindəki ərazilərdədir və Azərbaycan onların qaytarılmasını mümkün olan bütün üsullarla və uydurma bəhanələrlə uzadır”.

Birinci Qarabağ müharibəsinin itkinləri

Paşinyan bildirib ki, Ermənistan 2020-ci ildən bəri Azərbaycana Birinci Qarabağ Müharibəsi zamanı itkin düşən 130 nəfərin qalıqlarını qaytarıb və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Bundan əvvəl Ermənistan baş naziri 13 sentyabrdan sonra 29 erməni hərbçinin itkin düşdüyünü bildirmişdi.

Azərbaycan oktyabrın sonlarında erməni tərəfinə 10 hərbçinin meyitlərini verib.

Paşinyan bunu da demişdi ki, 44 günlük müharibədən sonra erməni tərəfindən 217 nəfər itkin sayılır.

İranı dost ölkə saymaq olarmı? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG