Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

'Ev növbəsi pulla satılır'


İllüstrasiya
İllüstrasiya

►Elxan Mehtiyev deyir, imtiyazlı ailələrin ev növbələri satılır, icra hakimiyyəti təkzib edir

“İlham Əliyev, az qala, hər gün şəhid, əlil ailələrinə ev tikilməsinə milyonlar ayırır. Bəs bu milyonlarla vəsaitlər hara gedir ki, Tərtərdə nə qədər imtiyazlı ev növbəsində olanlar var, ancaq heç birinə ev verilməyib?”

Tərtərin Təzəkənd kənd sakini Elxan Mehtiyev deyir, atası Elman Mehtiyev 1992-ci ildə Qarabağ savaşında həlak olub. Atalarını itirəndən sonra tək ananın himayəsində ağır həyat sürüblər.

Ötüb keçən illər ailənin rifahına heç bir töhfə verməyib. Əksinə, olan-qalan köhnə ev dağılıb gedib.

Elxansa hərbi xidmətə sağlam gedib, yarımcan qayıdıb. O, postda dayanmaqdan vərəm xəstəliyi tapdığını deyir. 1 illik əsgərlikdən sonra qayıdıb yaşadığı qəzalı, rütubətli evdə isə xəstəliyi daha da ağırlaşıb.

EYNİ OTAQDA VƏRƏM XƏSTƏSİYLƏ BAŞ-BAŞA

Divarları yarıq-yarıq olan otaqda ailənin bir neçə üzvü yaşayır. Ən təhlükəlisi isə odur ki, azyaşlı uşaqlar da kəskin vərəm xəstəsi ilə eyni çarpayıda yatır:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Yaşamağa yerimiz olmadığından mal tövləsindən seçilməyən bir otağa yığışmışıq. Divarlar yarıq-yarıqdır. Yarıqları əski ilə örtürük. Tavan aşağı yatır. Səhərə qədər canımızı dişimizə tutub otururuq ki, birdən yuxuda olarıq, uçar başımıza. Səhhətim çox ağırdır. Xəstəxanada yatıb müalicə almağa imkanım yoxdur. Ev şəraitində yüngül müalicələrdən başqa heç nəyə gücüm çatmır. Evdə körpə uşaq var, vərəmsə keçicidir. Ən qorxduğum şey də odur ki, xəstəliyim o uşağa keçə... Heç olmasa, o uşağa ev tiksinlər. Mən bu tövlədə qalaram, ancaq uşağın gələcəyini məhv eləməsinlər”.

“NÖVBƏLƏRİ ÇATANDA EVLƏRİ OLACAQ”

Tərtər rayon İcra Hakimiyyəti isə razılaşmır. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, Mehtiyevlər ailəsi imtiyazlı ailədir. Ailənin yaşadığı evlə tanış olublar və ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ev növbəsindədir. Növbə çatanda Mehtiyevlərə ev tikiləcək.

Elxan Mehtiyevin deməsinə görə, imtiyazlı ailə kimi şəraitli mənzilə köçürülmələrindən ötrü dövlət qurumlarına müraciət edib. Mənzil şəraiti ilə tanış olmaq üçün icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov onlara gəlib. Evin qapısından boylananda ailənin gözünə işıq, ürəyinə ümid toxumu yayılıb. Ancaq başçının müavini elə qapıdan girər-girməz ailənin onsuz da olmayan kefinə bir az da soğan doğrayıb:

“Keçdi içəri, ora-bura baxdı, dedi, “hələ buna da şükür eləyin”. Dedim, “başa düşmədim, bu günümüz harasına şükür eləyək?” Şükür olunası yerdirsə, gəl köç, şükür eləyə-eləyə yaşa burda. Sən bu yarıq divarların arasında bircə saat baş saxlaya bilməzsən. Özüm ağır xəstəyəm, böyük bir ailə divarları, dam örtüyü yarıq-yarıq olan bir otağa sığınıb, üstəlik də bu ailədə azyaşlı uşaq var, sən deyirsən, şükür elə”.

"NÖVBƏ PULLA SATILIR"

Elxan Mehtiyev dövlətdən imtiyazlı ailə kimi ev tələb edir. Ancaq deməsinə görə, neçə ildir ki, Tərtər rayon İcra Hakimiyyəti onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nazirliksə icra hakimiyyətinin üstünə göndərir. Elxan Mehtiyev deyir, indiyədək qəzalı yerdə yaşamalarının birinci səbəbi evlərin verilməsi prosesindəki özbaşınalıqdır. O, iddia edir ki, tikilən evlərə görə imtiyazlı ailələrin növbələri başqalarına satılır.

Tərtər rayon icra hakimiyyəti isə mənzil növbələrinin pulla satılması ilə bağlı deyilənləri təkzib edir.

Buna da bax: Çevriliş vaxtı Nemət Pənahlı Türkiyə səfirliyində nə edirdi

Çevriliş vaxtı Nemət Pənahlı Türkiyə səfirliyində nə edirdi
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

XS
SM
MD
LG