Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Facebook Rusiya və İran kəşfiyyatlarına bağlı çox sayda hesabı bağlayıb


Sosial media nəhəngi Facebook fevralın 12-də hesablar, səhifələr və “xarici və hökumət müdaxiləsi ilə məşğul” qruplardan ibarət iki əlahiddə şəbəkəni bloklayıb.

Bu şəbəkələrdən birinin Rusiyadan, digərinin isə İrandan qaynaqlandığı və hər ikisinin kəşfiyyat xidmətlərinə bağlı olduğu bildirilir.

Onların davranışını “əlaqələndirilmiş” adlandıran Facebook şirkəti təhlükəsizlik xidmətinin başçısı Nathaniel Gleicher deyib ki, hər iki əməliyyat “hökumət və xarici oyunçu” tərəfindən fəaliyyət göstərib.

Rusiyaya bağlı şəbəkə ilk növbədə Ukrayna və onun qonşularını, İrana bağlı şəbəkə isə əsas etibarilə Birləşmiş Ştatları hədəfləyirdi.

Bu qrupların arxasındakı şəxslər “fəaliyyətlərini bir-biri ilə əlaqələndirir və kimliklərini gizlətmək məqsədilə saxta hesablardan istifadə edirdilər”.

Ümumilikdə, Rusiyadan qaynaqlanan 78 hesab, 11 səhifə, 29 qrup və 4 Instagram hesabı silinib.

Facebook-un təhqiqatı “Rusiya şəbəkəsinin daxilində Rusiya hərbi kəşfiyyatına bağlılıq” aşkar edib.

Bu şəbəkələrin arxasında duran şəxslər özlərini müstəqil jurnalist kimi təqdim edir və regiondakı jurnalistlər, siyasətçilər və başqa ictimai fiqurlarla əlaqə yaratmağa çalışırdılar.

Onlar “Ukrayndakı ictimai fiqurlara, Rusiyanın Suriyadakı əməliyyatlarına və Krımdakı etnik gərginlik barədə iddia etdiklərinə görə Ukraynanın xüsusi xidməti SBU-dan sızmalara aid postlarını rus, ingilis, ukrayn dillərində yazırdılar.

Eyni qaydada İrandan qaynaqlanan 6 Facebook və 5 Instagram hesabı bağlanıb.

Onlar ictimai fiqurlarla əlaqə qurmağa çalışır, ABŞ seçkisi, Xristianlıq, ABŞ-İran münasibətləri, ABŞ-ın immiqrasiya siyasətinə aid postlar yazır, ABŞ-ın Yaxın Şərqdəki siyasətini tənqid edirdilər.

XS
SM
MD
LG