Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:44

“Deputat maaşı ilə milyon yarımlıq evi necə alıb?”


Elmira Axundova
Elmira Axundova

►Deputat ittihamları rədd edir

"Elmira Axundova deputat maaşı ilə "Port Baku"da kvadratı 4 min manata olmaqla, özünə və oğluna milyon yarımlıq evi necə alıb? Oğlunun da Gömrük Komitəsində rəsmi maaşı 486 manatdı. Qanuna görə, heç biri də kommersiya ilə məşğul ola bilməz. Bunları yazmaq nə vaxtdan təhqir, böhtan olub?"

Bunu fevralın 4-də Bakı Apellyasiya Məhkəməsində deputat Elmira Axundova ilə məhkəmə mübahisəsi olan 78 yaşlı Feyruz Həşimovun nümayəndəsi Tahir Əlirzayev deyib.

O, məhkəmədə sənədlər də nümayiş etdirib. Bildirib ki, sənədlər Bakının mərkəzində - "Port Baku Residence" yaşayış kompleksində Elmira Axundova və oğlu Həbib Axundova məxsus iki yeni mənzilin olduğunu təsdiqləyir.

DEPUTAT 100 MİN TƏZMİNAT İSTƏYİB

Qeyd edək ki, Elmira Axundova Feyruz Həşimovu onun özü və oğlu Həbib Axundov barədə mətbuatda dərc olunmuş yazılara görə məhkəməyə verib. Deputatın iddia ərizəsində təkzib verilməsi, üzr istənilməsi və mənəvi ziyana görə 100 min manat təzminat ödəməsi tələb olunub.

Xətai Rayon Məhkəməsi iddianı qismən təmin edib – təzminatın məbləği 5 min manat müəyyənləşdirilib. Bu qərardan hər iki tərəf - həm deputat, həm də Feyruz Həşimov apellyasiya şikayəti verib.

Feyruz Həşimov məhkəmə çıxışında bildirib ki, Elmira Axundovanın oğlu Həbib Axundovdan şikayətçi olan bir neçə nəfər ona başlarına gətirilənləri danışıb. O da bir vətəndaş olaraq, deputat oğlunun hərəkətlərinə biganə qala bilməyib. (Ardı aşağıda)

Nazirliklərin qarşısındakı bahalı xidməti maşınlar...
Gözlə

No media source currently available

0:00 0:14:17 0:00

“160 MANAT PENSİYA ALAN BİRİNDƏN...”

"Mən mətbuatda bu barədə yazanda bilirdim ki, Elmira Axundova öz balasını müdafiə etmək üçün bütün yollara əl atacaq. Həbib Axundovdan şikayətlər üzrə Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) iş gedir. Günahkarı cəzalandırmaq əvəzinə, zərərçəkmişləri ora çağırıb hədələyirlər. Mən bunu ictimailəşdirdim. Özümə təhqir sayıram ki, Elmira Axundova məhkəməyə verib, məndən - 160 manat pensiya alan, bəzən dərmanını ala bilməyən adamdan pul tələb edir", - deyə Feyruz Həşimov məhkəməyə bildirib.

O, prezidentə ünvanladığı məktubu da məhkəmədə səsləndirib.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

"Sizin məmur balalarının harınlığına münasibətinizi hamı bilir. Belələri bahalı maşınları ilə etdikləri hərəkətlərlə xalqı təhqir edir, iqtidarla xalq arasında uçurum yaradırlar. Elmira Axundova özünün titul və imtiyazlarından sipər kimi istifadə edərək, oğlu Həbib Axundovu qoruyur. Müvafiq orqanlar onların təmtəraqlı imarətlərini, bahalı maşınlarını "görmürlər". Əminəm ki, onun özünün və oğlunun əməlləri barədə sizə dəqiq məlumat verilsə, vəziyyət bir anda dəyişəcək", - deyə 78 yaşlı jurnalist prezidentə məktubunda yazıb. (Ardı aşağıda)

Keçmiş diplomat: "Məni və ailəmi gecəyarı evdən çıxardılar"
Gözlə

No media source currently available

0:00 0:10:36 0:00

"LİNQVİSTİK EKSPERTİZA KEÇİRİLSİN"

Feyruz Həşimovun nümayəndəsi Tahir Əlirzayev məhkəmə çəkişməsinə səbəb olan qəzet yazılarında təhqir və böhtanın olub-olmadığının müəyyənləşdirilməsi üçün prosesə mütəxəssis cəlb olunması, yazıların linqvistik ekspertizadan keçirilməsi barədə vəsatətlər qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib.

Bundan sonra nümayəndə Cəmilə Səfiyevanın sədrlik etdiyi hakimlər heyətinə etiraz verib. Vəkil etirazını məhkəmə prosesində tərəflərə bərabər şərait yaradılmaması: cavabdeh tərəfin heç bir vəsatətətinin təmin olunmaması və nəticədə obyektiv qərar çıxarılacağına bəri başdan şübhələr yaranması ilə əsaslandırıb. Lakin etiraz baxılmamış saxlanılıb.

Qısa müşavirədən sonra məhkəmə apellyasiya şikayətinin təmin olunmadığını və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanıldığını elan edib.

Qeyd edək ki, məhkəmə iclasında Elmira Axundovanın oğlundan şikayətçi olan şəxslər də iştirak edirdilər. Onlar deputat oğlunun onlardan böyük məbləğdə vəsait mənimsədiyini iddia edirlər, hazırda BŞBPİ bu şikayətləri araşdırılır.

DEPUTAT: "ƏDALƏTLİ QƏRARDI"

Məhkəmədə Elmira Axundovanın nümayəndəsi Afət Qazıyeva bu ittihamlarla bağlı heç nə demədi. Yalnız vəsətətlərə münasibət bildirdi, təmin olunmamasını istədi.

Qeyd edək ki, ötən ilin payızında Xətai rayon Məhkəməsinin araşdırma zamanı gəldiyi nəticəyə görə, “"Gündəlik Bakı” və “Bizimxeber.az” saytında dərc olunmuş məqalələrdə Elmira Axundovanın ünvanına həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar öz əksini tapıb. Feyruz Həşimov məqalələrdə iddiaçının şərəf və ləyaqətini təhqir edib, onun Milli Məclisin deputatı kimi işgüzar nüfuzuna ciddi xələl gətirməklə mənəvi ziyan vurub."

Məhkəmə qərarı ilə bağlı Lent.az-a açıqlama verən millət vəkili Elmira Axundova bildirmişdi ki, bu qərarı ədalətli və adekvat sayır:

“Ümid edirəm ki, başqa qəzetlər və saytlar bu qərardan nəticə çıxararaq mənim və ailəm haqqında yazıları yaymaqdan çəkinəcəklər. Oğlum Həbib Axundova qarşı yazdıqları ilə bağlı da ayrıca araşdırma gedir. Ümid edirəm ki, həmin məsələyə də hüquqi qiymət veriləcək və haqq-ədalət qələbə qazanacaq”.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

XS
SM
MD
LG