Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:14

Gazprombank rəsmisi Ukraynaya işğalçılarla döyüşə gedib


Xarkovda vurulmuş Rusiya vertolyotu
Xarkovda vurulmuş Rusiya vertolyotu

Volobuyevin fikrincə, müharibəyə görə təkcə Rusiya Prezidenti Vladimir Putin günahkar deyil

Rusiyada yerləşən Gazprombank-ın sədr müavini İqor Volobuyev doğma Ukraynaya qayıtdığını, Kiyevdə Rusiya əsgərlərinə qarşı vuruşan ərazi müdafiə birliyinə qoşulduğunu deyir.

Ukraynanın şimalındakı Oxtırka şəhərində doğulub böyümüş Volobuyev The Insider və LIGA.net vebsaytlarına deyib ki, Rusiya onun vətəninə qarşı müharibəyə başladığından martın əvvəlində Ukraynaya gedib.

“Bir neçə günün içində qərar verdim ki, daha Rusiyada yaşaya bilmərəm. Rusiyalılar atamı, dostlarımı, qohumlarını öldürürlər. Atam bir ay soyuq zirzəmidə qalıb. Uşaqlıqdan tanıdığım adamlar deyirdilər ki, mənə görə utanırlar.. Şeylərimi yığışdırdım, martın 2-də Ukraynaya getdim”, – o, aprelin 26-da dərc olunmuş müsahibədə deyir.

“Putin deyil...”

Rusiyanın ən böyük banklarından olan Gazprombank-da 22 ildən çox işləmiş Volobuyevin fikrincə, müharibəyə görə təkcə Rusiya Prezidenti Vladimir Putin günahkar deyil.

“Burada ukraynalıları öldürən Putin deyil, tualetlərdən oğurluq edən Putin deyil, qadınları zorlayan Putin deyil. Bunları rusiyalılar edir. Etnik ukraynalı olmağıma baxmayaraq, mən də burada baş verənlərə görə məsuliyyət daşıyıram. Utanıram. Bütün həyatım boyu utanacağam, çünki mən təkcə Rusiya vətəndaşı deyiləm. Burada doğulmuşam, 18 il burada yaşamışam, ona görə də mənim məsuliyyətim ikiqat, üçqat böyükdür”, – Volobuyev vurğulayıb.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Qərb Moskvaya, Putinə, onun ailə üzvlərinə, Kremlə yaxın oliqarxlara sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG