Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:34

Gənc 'gülençi' ittihamını gülüşlə qarşıladı


AXCP üzvü Fuad Əhmədli
AXCP üzvü Fuad Əhmədli

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli avqustun 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında vəkili ilə görüşüb. Bu barədə AzadlıqRadiosu-na vəkil Əsabəli Mustafayev məlumat verib.

Baş Prokurorluq və DTX-nın birgə məlumatında F. Əhmədli "Fethullah Gülen-in şəbəkəsilə əlaqəli şəxs" kimi təqdim olunmuşdu. Vəkil deyir ki, Fuad bu ittihamı gülüşlə qarşılayır.

“GÜLEN ŞƏBƏKƏSİYLƏ ƏLAQƏLİ OLMASI HAQDA DEYİLƏNLƏRƏ GÜLÜR”

"Fuad bildirdi ki, nə tutulan gün, nə də ondan sonra ona qarşı zorakılıq olmayıb. Amma özünü qətiyyən təqsirli bilmir. Bildirir ki, mobil şirkətin operatoru kimi hansısa məxfi məlumatları kimlərəsə ötürməsi barədə ittiham tamamilə əsassızdır. Gülen şəbəkəsilə əlaqəli olması haqda deyilənlərə isə gülür. Deyir ki, tamamilə cəfəngiyyatdır", – Ə. Mustafayev bildirir.

Buna da bax: RSF Faiq Əmirlinin həbsini pisləyir

Cəbhəçi gəncin səhhətində problemlər olduğunu deyən vəkilin sözlərinə görə, iki gün əvvəl vəziyyəti pisləşdiyindən xəstəxanadan həkim çağrılıb: "Hazırda da müalicəsi davam edir".

Ə. Mustafayev əlavə edib ki, F. Əhmədlinin işi DTX-dan alınıb və istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır: "Özü də DTX-dan Kürdəxanıdakı istintaq təcridxanasına köçürülmək istəyir".

Buna da bax: İstintaq orqanlarının 'gülençi' açıqlaması

F. Əhmədli avqustun 18-də həbs olunub. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

Bu həbslə əlaqədar rəsmi məlumatda deyilir ki, "Azerfon" MMC-də “Zənglər mərkəzi»ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları, o cümlədən zəng tarixçələrindən çıxarışları, antenalar üzrə olduqları yerləri və s. qapalı məlumatları çıxarıb, müəyyən adamlara ötürüb. Onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fethullah Gülen-in çıxışları olan vərəqələr, "Gülen camaatı" adlandırılan qrupun üzvləri, "Hizmet imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Buna da bax: Azərbaycanda cəbhəçilərin üzü gülmür...

Fuad Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

AXCP də bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar birmənalı şəkildə yalan və quramadır: "Bu, partiya üzvlərini və onun sədrini Fethullah Gülen-ə bağlamaqdan ötrü hakimiyyətin əl atdığı çirkin saxtakarlıqlardan biridir".

Türkiyə hökuməti 15 iyul çevriliş cəhdinə görə ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i ittiham edir, onun ekstradisiyasını istəyir. Gülen isə ittihamları "yalan" adlandırır.

Buna da bax:

Əli Kərimli: 'Həbs olunsam, bir tənədən də qurtulacam'
Gözlə

No media source currently available

0:00 0:08:58 0:00

XS
SM
MD
LG