Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:26

Gəncədəki Kanada qovağı aylardır günlərini sayır...


Gəncə, qasırğanın vurduğu ziyan aradan qaldırılır, 11 iyun 2014
Gəncə, qasırğanın vurduğu ziyan aradan qaldırılır, 11 iyun 2014

Gəncəlilər bir qəzalı ağacı kəsdirmək üçün aylardır ki, yerli ekologiya idarəsi ilə məktublaşırlar.

“Ağac aşmaq üzrədir. Budaqları işıq naqillərini sıradan çıxarıb. Bir sakinin maşınını da yararsız hala salıb. Aylardır yazırıq ki, gəlib kəssinlər. Deyirlər, texnikamız yoxdur. Bu işlər üçün hər il ayrılan pulları basıb yeyirlər, bir ağac kəsmək lazım olanda, deyirlər, nəynən kəsək?”.

“Yeni ağac əkilməzsə, kəsim qanunsuz sayılacaq”

Gəncə sakini Kamil Qasımov AzadlıqRadiosuna danışır ki, yaşadığı binanın qarşısında və dayanacaqda olan iki qəzalı ağacın kəsilməsinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirliyin ekspertiza idarəsinin əməkdaşları hər iki ağaca baxış keçirərək akt tərtibləyiblər. Rəydə qeyd olunub ki, Heydər Əliyev prospektindəki dayanacaqda şam ağacının kökü quruduğu üçün kəsilməlidir və yerində yeni ağacın əkilməsi mütləqdir. Yeni ağac əkilməzsə, kəsim qeyri-qanuni hesab olunacaq:

“Yaşıllaşdırma İdarəsinin rəisi gəldi üstümə ki, nə var ora-bura yazırsan. Dayanacaq qaldığın binadan nə qədər uzaqdadır. Ağacın aşmasından sənə nə? Yazırsan, göndərirsən, sonra bizim də başımız ağrıyır. Deyirəm, vacib deyil ki, o ağac mənim evimin içində olsun, mənim başıma aşsın. O dayanacaqda səhər məktəblilər tolplaşıb avtobus gözləyirlər. Sabah başlarına aşsa, kim cavab verəcək?”.

Texnika yoxdur?

Gəncə, 11 iyun 2014
Gəncə, 11 iyun 2014

Nəhayət, sakinlərin davamlı müraciətlərindən sonra bu ağac kəsilib. Ancaq 2 aydan çoxdur ki, yerində “mütləq əkilməli olan” yenisi əkilməyib. Kamil Qasımovun yaşadığı binanın qarşsındakı qəzalı ağacsa hələ də “aşmaqdadır”. Nazirliyinekspertiza idarəsinin əməkdaşları, əslində, “Poçt qəsəbəsi, Aydınbəyov küçəsi, 49” ünvanda olan bu ağacla bağlı rəyi də çoxdan veriblər. Həmin rəydə qeyd edilib ki, kökü qurumuş Kanada qovağı kəsilməli və yerində ağaclar əkilməlidir. Ağacın kəsilməsi ilə bağlı ötən ilin dekabrından verilən qərar hələ də icra olunmayıb. Kamil Qasımovun sözlərinə görə, hər dəfə ekologiya idarəsinə müraciət edəndə bu işləri görməyə texnika olmadığını bildirirlər:

“Deyirlər, “danqrat”ımız yoxdur, ağacı kəsəndən sonra qaldırıb xüsusi maşına yükləməyə qaldırıcı texnikamız yoxdur. Bizə də bir vətəndaş kimi maraqlıdır ki, dövlət büdcəsindən bu işlərə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılan pulları hara xərcləyirlər... Bu boyda Naziriyin bir ağacı kəsib daşımağa imkanı yoxdursa...”.

Gəncə şöbəsi bildirir ki...

Ekologiya nazirliyi, Bakı, dekabr 2009
Ekologiya nazirliyi, Bakı, dekabr 2009

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, sakinlərin narahatçılığına əsas yoxdur. Ağac kəsiminə hər bir texnika var. Ağaclardan biri kəsilib, biri də növbəti həftə ərzində kəsiləcək.Yaşıllaşdırma idarəsi kəsilmiş ağacların yerinə həmişəyaşıl ağaclar əkəcək.

XS
SM
MD
LG