Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:33

Köçkün: 'Sən demə, torpağı mənə satan yazılmamış qaydaları pozub...'


"Məsləhət". Şerif. Karikatura
"Məsləhət". Şerif. Karikatura

"Uşağa ad günü keçirirdik. Qonaqlar da yığışmışdı. Məhkəmə icraçıları tökülüşdü, evə gələn işıq və qaz xətlərini kəsdilər. Hələ evi sökmək istəyirdilər, ara qarışdı, qonaqlar qarşılarını kəsdi".

Bu xoşagəlməz macəra Göygölün Xanlar qəsəbəsinin sakini Akif İskəndərovun başına gəlib.

Buna da bax:​ 'Dedilər, bu gecə traktorlar gəlir, bir-iki günə polis gələcək'-Söküntü

“BİZİ ZORLA ÇÖLƏ ATMAQ İSTƏYİRDİLƏR”

Sentyabrın 18-də İskəndərovlar ailənin kiçik üzvünün doğum gününü qeyd edirmiş. Məclisin şirin vaxtı qapıya tökülüşən polis, icra məmurları və yerli icra hakimiyyətinin işçiləri əvvəlcə evin işıq və qaz xətlərini kəsərək qonaqları qaranlıqda qoyublar. Daha sonra evi sökməyə cəhd ediblər:

"Keçən dəfə sizə müraciət etdim, yazdız, sağ olasız, qapıdan əl çəkdilər. İndi yenə fəallaşıblar. Özləri ilə ekskavator gətirmişdilər. Bizi zorla çölə atmaq istəyirdilər".

İskəndərovlar köçkün ailəsidir. Ailənin başçısı deyir, sığınacağa görə uzun illər məmur qapıları döyüb. Sonra özü ev tikmək qərarına gəlib. Xanlar qəsəbəsində yerli bələdiyyədən torpaq sahəsi alaraq icra hakimiyyətinin və bələdiyyənin gözü önündə xudmani bir ev tikib. Nə icra hakimiyyəti, nə də bələdiyyə onu sorğulamayıb.

Buna da bax:​ Kəndli: ‘Cənab prezident, bunun bir sonu olacaq, ya yox?..’

“NİYƏ QONŞUYA OLAR, MƏNƏ YOX?”

Amma sonradan ona məlum olub ki, sən demə, torpağı ona satan yazılmamış qaydaları pozaraq icra hakimiyyətinə "hörmət etməyib". Bu səbəbdən də evi tikəndən sonra qapıya icra hakimiyyətinin nümayəndələri axışmağa başlayıb:

"İcra hakimiyyəti evi sökə bilməyəcəyini görəndə məni məhkəməyə verdi. Məhkəmə də mənə icra hakimiyyətinin "sök" əmrini yerinə yetirmədiyim üçün 500 manat cərimə kəsib. Halbuki, qərardan əvvəl hakimlə dərdləşdim, illərdir küçələrdə azyaşlı övladlarımla nə zülmlər çəkmişəm, hamısını danışdım, o da məni anladı. Gəl ki, gedib əleyhimə qərar çıxartdı. Deməli, köçkün qalıb ortada, dövlət ona sahib çıxmır, gedir başına çarə qılır, dövlət papağını göyə atmaqdansa, gəlib onu cərimələyir. Ətrafımda bu qədər evlər tikilib, niyə heç biri sökülmür? Hanı bərabərlilik hüququmuz? Niyə qonşuya olar, mənə yox?.. Həqiqət ortadadır, çünki qonşu məmurların cibinə pul qoyub, mən yox... Səhv deyirəmsə, icra hakimiyyəti daha tutarlı səbəblə əsaslandırsın, mən də üzr istəyim".

Buna da bax:​ Kəndli: 'Bələdiyyə sədri əkin sahəmi su altında qoyub'

Akif İskəndərov evini sökməyə hazırdır. Ancaq bir şərti var – əvvəlcə ondan əvvəl və sonra tikilmiş sənədsiz evlər sökülsün. Bərabərlik təmin olunduqdan sonra o da öz evini sökəcək.

“HƏR ŞEYİ QANUNİ EDİRİK”

Göygöl rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Akif İskəndərov evi icra hakimiyyətinə xəbərdarlıq etmədən tikib. Hələ tikinti zamanı icra hakimiyyətinin nümayəndələri ona xəbərdarlıq ediblər. Lakin Akif İskəndərov köçkün statusundan yararlanaraq xəbərdarlıqları qulaqardına vurub. Bundan sonra qurum məhkəməyə müraciət edib: "Məhkəmənin qərarı var. Vətəndaş narazıdırsa, qanun ona qərardan şikayət hüququ verib. Biz özbaşına iş görmürük, hər şeyi qanuni şəkildə edirik".

Buna da bax:​ Şikayət: 'Xırdaoymaqda istifadəsiz torpaqlar var, özümüz acından ölürük'

Köçkün prezident İlham Əliyevə də müraciət edib.

Hazırda ailədəki məktəblilər dərslərini şam işığında hazırlamaq məcburiyyətində qalıb. Həm də qulaqları səksəkədədir. Ekskavatorlar gələr deyə...

XS
SM
MD
LG