Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:32

'Gülağa Tənha' və 'Çovdarov işi'ində adı keçənə 13 il həbs istənildi


“Gülağa Tənha” təxəllüsüylə tanınan şair Gülağa Qəmbərov
“Gülağa Tənha” təxəllüsüylə tanınan şair Gülağa Qəmbərov

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, həbsdə olan general Akif Çovdarovun işində zərərçəkmişlərdən biri olan İlham Qasımova 13 il həbs cəzası istənilib.

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Buna da bax:​ Milyonçu şairi belə aldadıblar

Dələduzluqda suçlanan İlham Qasımov “Real” Mənzil-Tikinti Kooperativinin rəhbəri olub. O, Rusiyada yaşayan azərbaycanlı milyonçu, “Gülağa Tənha” təxəllüsüylə tanınan şair Gülağa Qəmbərovun 19 milyon 500 min dollarını "şərikli biznes" qurmaq adıyla mənimsəməkdə, həmçinin inşa etdirdiyi binalarda eyni mənzili bir neçə nəfərə satmaqda günahlandırılır.

İlham Qasımov isə özünü təqsirli bilmir və kimsənin pulunu mənimsəmədiyini deyir.

Buna da bax: Bakı şəhər İcra Hakimiyyətinə 3,7 milyonluq rüşvət ittihamı

İş materiallarına görə, Akif Çovdarov da İlham Qasımovun özündən təzyiq vasitəsilə külli miqdarda pul alıb.

Noyabrın 18-də İlham Qasımov məhkəmədə son sözünü deyəcək.

Buna da bax:

"Akif Çovdarovun işinə Hərbi Məhkəmə baxmalıdır"
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

XS
SM
MD
LG