Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:45

Vəkil: 'Gürcüstan Muxtarlı ailəsinə 'qurban' statusu verməlidir'


Gürcüstan. Vəkil Archil Chopikashvili, Leyla Mustafayeva və Daşqın Ağalarlı. Tbilisi, 05iyun2017
Gürcüstan. Vəkil Archil Chopikashvili, Leyla Mustafayeva və Daşqın Ağalarlı. Tbilisi, 05iyun2017

Jurnalist Əfqan Muxtarlının vəkillərindən Archil Chopikashvili Gürcüstanın istintaq orqanlarına müraciət edib.

Vəkil jurnalistə və onun xanımına “qurban” statusu verilməsini tələb edir.

Vəkil müraciətində Daxili İşlər Nazirliyinin araşdırmasının, hələ də narahatedici məzmun daşıdığını ifadə edib.

Buna da bax:​ Səfirlik Əfqan Muxtarlı işini izləyir

“Biz Əfqan Muxtarlıya və onun jurnalist xanımına “qurban” statusu verilməsini tələb edirik. Əfqan Muxtarlı oğurlanmasında Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanlarının aşkar əməkdaşlığının olduğunu qeyd etdikdən sonra Daxili İşlər Nazirliyinin, hələ də istintaqı aparması narahatedicidir”, – vəkil qeyd edib.

Müdafiə tərəfi işin prokurorluğa verilməsini istəyir. Əfqan Muxtarlı da bildirib ki, onu Tbilisidə polis saxlayıb.

Gürcüstan baş naziri və daxili işlər naziri isə, istintaq bitmədən tələsik nəticə çıxarılmasını düzgün saymır.

Buna da bax:​ ATƏT-in bürosu Əfqan Muxtarlı ilə bağlı bəyanat verdi

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlarının bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Buna da bax:​ Xanımı: 'Əfqan Muxtarlının məsələsi Gürcüstan cəmiyyətindən asılıdır'

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

XS
SM
MD
LG