Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:03

Gürcüstan Rusiyanı pisləyən qətnamə qəbul etməyəcək


Oçançira buxtası Google-un xəritəsində
Oçançira buxtası Google-un xəritəsində

Gürcüstan parlamentinin hakim Gürcü arzusu partiyasından olan vitse-spikeri Georgi Volski deyib ki, parlament çoxluğu Moskvanın Qara dəniz donanması gəmilərinin bir hissəsinin ilhaq olunmuş Sevastopol və Nikolyaev portlarından Gürcüstandan ilhaq edilmiş Abxaziyadakı Oçamçira limanına köçürülməsi planlarını pisləyən qətnamənin qəbulu məsələsinə “ümumiyyətlə baxmayacaq”.

Belə bir planın olması barədə məlumatı Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra separatçı Abxaziyanın başçısı Aslan Bjaniya vermişdi.

Bjaniya iddia edirdi ki, Moskva və Suxumi bu barədə hətta müvafiq razılaşma imzalayıblar.

Georgi Volski Moskvanı pisləyən qətnamənin qəbul edilməməsi qərarını bununla izah edib ki, “Gürcüstan Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı ilə bağlı onsuz da çətin durumdadır”.

Qətnamə layihəsini müxalifət hazırlamışdı

Onun sözlərinə görə belə bir qətnamənin qəbulu təxribat kimi qiymətləndirilə bilərdi.

Volski deyib ki, Aslan Bjaniyanın bəyanatı hələ Moskvanın Oçamçira portunda baza tikməsi anlamına gəlmir, çünki Kreml buna bənzər bəyanatları 2009-cu ildən verir, lakin portun dərinləşdirilməsi və ya hərbi dəniz bazasının tikintisi üçün heç bir praktik iş aparılmayıb.

Gürcüstan parlamentinin müstəqil deputatı Teona Akubardiyanın və “Gürcüstan naminə” müxalifət partiyasının hazırladığı qətnamə layihəsində Moskvanın suveren Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal etməsi, habelə Abxaziyanı hərbiləşdirməsi kəskin ittiham edilirdi.

Layihədə deyilirdi ki, Rusiyanın bu planları təkcə Gürcüstana deyil, bütün Qara dəniz hövzəsinə və Avroatlantika icmasına təhlükə yaradır.

XS
SM
MD
LG