Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:41

«Paşa Holding» qalmaqallı işadamı ilə ortaqlığı pozdu


►Ortaqlığına son verilən şəxsin - Həsən Şərifovun adı Beynəlxalq Bankın çoxmilyonlu kredit qalmaqalında hallanır

Adı Azərbaycan Beynəlxalq Bankında çoxmilyonlu kredit qalmaqalında hallanan işadamı Həsən Şərifovla qurulan ortaqlığa «Paşa Holding» son qoyub.

Vergilər Nazirliyi «İKAR-SP» şirkətinin ləğvi barədə qərar verildiyini bildirib.

Ortaqlığın pozulma səbəbləri açıqlanmır

AzadlıqRadiosu 2012-ci il martın 9-da təməli qoyulan bu ortaqlığın pozulma səbəblərinə dair «Paşa Holding» MMC-yə sorğu göndərsə də, holdinq “zərurət görmədikləri üçün” sorğunu cavablandırmayıb.

«İKAR-SP» qurularkən tərəflər ona 312 min 500 manat sərmayə yatırıblar. Növbəti illərdə şirkət böyüyərək sərmayəsini 5 milyon 575 min manata çatdırıb. «İKAR-SP» MMC məlumat vermədiyi üçün onun fəaliyyət sahəsini öyrənmək mümkün olmayıb.

Cinayət işindən xəbər yoxdur

Ortaqlığına son verilən şəxs - Həsən Şərifov Azərbaycana xaricdən dərman gətirən və onun aptek şəbəkəsi vasitəsilə satışını təşkil edən «Riyad-Farm» şirkətinin prezidenti və sahibi kimi tanıdılır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Ötən ilin yayında ABB-yə kredit borcunu ödəməkdən yayınması faktı üzrə Həsən Şərifova cinayət işi açılmış və o həbs edilmişdi. Söhbət 24 milyon dollar borcdan gedir. Ötən ilin sentyabrından bəri həmin cinayət işinin gedişindən xəbər yoxdur.

«Paşa Holding» aktivlərinin həcminə görə Azərbaycanın ən iri maliyyə-sənaye qrupudur. 2015-ci ildə holdinq öz aktivlərinin 3 milyard manat olduğunu bildirib.

Buna da bax: "Xalqı ayağa qaldırmaq lazım deyil"

Yevda Abramov: Xalqı ayağa qaldırmaq lazım deyil
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

XS
SM
MD
LG