Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:46

Heyvanları sığortalatmaq istəmirlər


'Kredit versələr, lap 5 ailəni dolandıraram'
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

'Kredit versələr, lap 5 ailəni dolandıraram'

Fermerlər heyvanların sığorta haqqının yüksək olmasından şikayətlənirlər. Naxçıvan Muxtar Respublikasından olan, amma adlarının çəkilməsini istəməyən həmin fermerlərin AzadlıqRadiosuna bildirmələrin görə, çəkisindən asılı bir heyvanın sığortası 20-300 manat civarındadır. Onların vurğulamasına görə, elə məhz bu səbəbdən də heyvanları sığortalatmaq istəmirlər.

Fermerlər deyir ki, mövcud qaydalara əsasən, qoyun və keçilərin sığortalanması üçün tarif həmin heyvanın qiymətinin 7 faizinə qədərdir. Onların vurğulamasına görə, südlük inəklər isə iki sığorta zərfi ilə sığortalanır: "Bu zərflər üzrə sığorta tarifləri 6.1-9.5 faiz arasında dəyişir. Belə ki, qiyməti 1000 manatdan başlayan südlük inəyin illik sığorta xərci 30 manat, qiyməti 6000 manat olan heyvan üçün sığorta haqqı 183-285 manatdır".

Fermer:"Süd istehsalı ona görə azalır ki..."
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Üstəlik, fermerlərin iddiasına görə, sığortalanmış heyvan tələf olursa, bəzən onun yarı qiymətini ödəyirlər: "O da çox yorucu olur. Məsələn, ölən heyvan yarılır, baxılır, əgər xəstəliyi yoxdursa, o zaman yarı hissəsi ödənilir. Bu da çox vaxt tələb edir".

"Digər ölkələrdəkindən yuxarı deyil"

Şikayətlərə Naxçıvan Muxtar Respublikasında cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Aqrar Sığorta Şirkətindən "Turan"a bildirilib ki, heyvanlar üçün geniş risklər mövcuddur: "Canlı orqanizm olduğuna görə müxtəlif xəstəliklərə tutulma ehtimalı var. O baxımından onların üzləşə biləcəyi risklər genişdir".

Qurumdan qeyd olunub ki, fermerlərə təklif olunan sığorta tarifləri digər ölkələrdəkindən yuxarı deyil: "Bəzi hallarda isə regional faktorları nəzərə alaraq daha aşağıdır".

V.Məhərrəmli
V.Məhərrəmli

"Avropalı fermer…"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda fermerlərin gəlirləri çox aşağıdır: "Fermer inəyini sığortalamalıdır. Amma hər inəyindən ildə ortalama ölkə üzrə 1 ton 700 litr süd əldə olunur. Avropalı fermer inəyindən il ərzində 6-8 ton, İsrailli fermer isə bəzən 11 ton süd əldə edir. Yəni, bizim fermerlərin gəlirləri az olduğu üçün onlara mal-qara üçün təklif olunan sığorta haqqı çox yüksəkdir".

O deyir ki, kənd təsərrüfatı kompleks şəkildə inkişaf etdirilməlidir: "Yemçilik olduqca zəifdir. Həmin yem rasionu ilə yüksək nəticələr əldə etmək mümkün deyil. Bu da ona görə baş verir ki, örüş sahələrini yüksək vəzifəli məmurlar ələ keçirib, orada digər işlərlə məşğuldurlar".

XS
SM
MD
LG