Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:07

Hikmət Hacızadə: 'Yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək...'


Prezident İlham Əliyev və xanımı, 1-ci vitse-prezident Mehriban Əliyeva Bakı İslam Oyunları zamanı. 17 may 2017
Prezident İlham Əliyev və xanımı, 1-ci vitse-prezident Mehriban Əliyeva Bakı İslam Oyunları zamanı. 17 may 2017

“İki səbəb var. Həm gücləri çatmır, həm də taqətləri yoxdur, vuruşmaq istəmirlər. Özləri firavan yaşayırlar. Nə işlərinə qalıb hansısa ölkədə bir müstəbid, səbatsız xalqı incidib. Onların veclərinə deyil bir o qədər... Məsələ belədir, Avropanın həm gücü yoxdur, həm də taqəti yoxdur vuruşmağa”.

“Ancaq yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək, hər şey dəyişəcək, onun siyasəti daha mötədildir və s. Ancaq real, hələlik, heç nə yoxdur, əfsus”. Politoloq Hikmət Hacızadə birinci xanım, birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən danışarkən belə deyib. Və o, yaranan ümidlərin səbəbini də izah edib. Bu haqda sonda.

Buna da bax:​ Mehriban Əliyeva işadamlarını xeyriyyəçiliyə çağırıb, bəs onlar? [video]

AzadlıqRadiosu politoloq Hikmət Hacızadəylə müsahibəni təqdim edir. Ona ilk sual son həbslərlə bağlı olub. Politoloqun qənaətincə, iqtidar bu addımı ilə Azərbaycanı növbəti dəfə “bütün dünyada biabır edib”:

Hikmət Hacızadə
Hikmət Hacızadə

– Mən bu həbslərə qəti şəkildə etiraz edirəm. Deyilən rəsmi versiyalara da inanmıram. Azərbaycan növbəti dəfə bütün dünyada biabır oldu... Kəskin etiraz edirəm. Yeri gəlmişkən, Gözəl Bayramlı (AXCP sədrinin qaçaqmalçılıqda ittiham olunan sədr müavini – red.) Tbilisiyə səhhətiylə bağlı getmişdi. İndi onun həbsxanada səhhəti bir az da pisləşib, ancaq ona dərman vermirlər. Biabırçı bir vəziyyət yaranıb.

– Sizcə, hakimiyyət niyə yenidən həbslərə başladı?

"Azərbaycan növbəti dəfə bütün dünyada biabır oldu..."

– Məqsəd eynidir, 20 ildə olan məqsəddir – hamını susdurmaq, opponentlərini məhv etmək, sıradan çıxarmaq, ölkədə “sülh yaratmaq”. Yəni həmin şeylər, başqa böyük məqsəd yoxdur.

Buna da bax: Gözəl Bayramlı: 'Başıma bir iş gəlsə...'

– Sizin dediyiniz kimi, məqsəd susdurmaqdırsa, ortada etiraz edənlər, narazılar da olmalıdır. Bu gün etiraz elektoratı nə qədər fəaldır?

– Görünür, tam susdurmayıb. Tam susdurmaq istəyir.

– Azərbaycanda baş verənlərə Qərbin reaksiyası adekvatdırmı? Yalnız jurnalist Əfqan Muxtarlının həbsinə çevik reaksiyanın şahidi olduq, Avropa Parlamenti qətnamə qəbul etdi, Avropa İnsan Haqları Məhkəməsi işi nəzarətə götürdü.

– Onların da etirazları var. Ancaq əfsuslar olsun ki, bu etirazlar kağız üstündə qalır.

"Etirazlar var, amma sanksiyalar yoxdur, o da başqa söhbətdir."

– Sizcə, niyə?

– Gücü çatmır da Avropanın, vuruşmaq istəmirlər. Deyirlər ki, gedin özünüz vuruşun. Etirazlar var, amma sanksiyalar yoxdur, o da başqa söhbətdir. Sanksiyalar yoxdur...

Buna da bax:​ Gürcüstan prezidenti Muxtarlının xanımını qəbul edib

– Qərb qurumları ölkədə təməl insan hüquqlarının pozulduğunu bəyan etdiyi halda, Azərbaycana qarşı niyə sanksiya tətbiq etmək istəmir?

– İki səbəb var. Həm gücləri çatmır, həm də taqətləri yoxdur, vuruşmaq istəmirlər. Özləri firavan yaşayırlar. Nə işlərinə qalıb hansısa ölkədə bir müstəbid, səbatsız xalqı incidib. Onların veclərinə deyil bir o qədər. Məsələ belədir, Avropanın həm gücü yoxdur, həm də taqəti yoxdur vuruşmağa.

Hikmət Hacızadə: "Ancaq yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək, hər şey dəyişəcək"
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00
Direct-ə keçid

– Bu məsələyə iki yanaşma var. Biri budur ki, hər bir ölkənin vətəndaşları kənardan dəstək gözləmədən mübarizə aparmalıdırlar, arzu etdikləri dövləti özləri qurmalıdırlar, ikinci yanaşma budur ki, son zamanlar sıxışdırılan, sındırılan Azərbaycan kimi toplumlara Qərb dəstək verməsə, mübarizə səmərəsiz olacaq və əksinə, bu cür dövlətlər Avropanın özünə təhlükə yaradacaq. Hikmət bəy bu haqda nə düşünür?

"Qadın təbiəti sülhə meyllidir, incitmək istəmir. Bir dənə budur, başqa bir şey yoxdur."

– Onlar bunu bəlkə də qavramırlar ki, biz bunlara kömək etməsək, oradan bizə faciə gələcək. Məsələn, Suriyaya yardım göstərmədilər, oradakı mübarizəyə dəstək vermədilər, bir də baxdılar ki, neçə milyon qaçqın əmələ gəlib və hamısı da Avropaya doluşdu. Vaxtında qarşısını alsaydılar, belə olmazdı, axı.

Buna da bax:​ ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

– Prezidentin həyat yoldaşı Mehriban Əliyeva artıq bir neçə aydır vitse-prezident kimi fəaliyyət göstərir. Bu müddətdə siz idarəetmədə və ya ölkə siyasətində bir dəyişiklik hiss etmisinizmi?

– Mən hələlik, bir dəyişiklik görmürəm. Ancaq yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək, hər şey dəyişəcək, onun siyasəti daha mötədildir və s. Ancaq real, hələlik, heç nə yoxdur, əfsus.

– Siz həmin ümidləri bölüşürsünüzmü?

– Mən... Deyə bilmərəm. İnanmaq istəyərdim, amma yenə deyirəm, hələlik ortada heç nə yoxdur.

Buna da bax:​ M. Əliyeva: ‘400 mindən çox məcburi köçkün işlə təmin edilib’

– Sizcə, bu ümidləri yaranmasına rəvac verən nədir?

– Səbəb odur ki, o qadındır. Qadının da ürəyi yumşaq olur, qadın insanı az incidər. Belə də... Qadın təbiəti sülhə meyllidir, incitmək istəmir. Bir dənə budur, başqa bir şey yoxdur.

XS
SM
MD
LG